Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moratorium (lat. moratorius — ləngitmə, təxirəsalma) — mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəlik müəyyən müddətə və ya hansısa fövqalədə hadisəni

Moratorium

  • Ana Səhifə
  • Vikipediya
  • Moratorium

Moratorium (lat. moratorius — ləngitmə, təxirəsalma) — mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəlik müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması (məsələn, müharibə, təbii fəlakət). Beynəlxalq hüquqda dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi.Moratorium bir ölkənin hökuməti, məhkəmə orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən tətbiq oluna bilər.

Mündəricat

Əsas məqsədi

  1. Çətin vəziyyətdə olan tərəflərə müəyyən qədər rahatlıq təmin etmək.
  2. Fövqəladə hallar zamanı cəmiyyət və iqtisadiyyatın dayanıqlığını qorumaq.
  3. Uzunmüddətli qərarlar qəbul edilənə qədər problemlərin həlli üçün vaxt qazanmaq.

Hüquqi və iqtisadi kontekstdə

Maliyyə çətinlikləri ilə üzləşən şəxs, şirkət və ya hətta dövlətlər üçün borcların ödənilməsinin müəyyən müddətə dayandırılmasıdır. Bu, borcluya maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vaxt verir. Məsələn:

  • Təbii fəlakətlər və ya müharibələr zamanı borclulara güzəşt olaraq tətbiq edilə bilər.
  • Beynəlxalq borclar üzrə dövlətlərə Beynəlxalq Valyuta Fondu (BVF) və ya Dünya Bankı tərəfindən moratorium verilməsi praktikasına rast gəlinir.

Təbii sərvətlərin istifadəsi və ya sənaye fəaliyyəti

Ekoloji moratorium — təbiətin qorunması məqsədilə müəyyən fəaliyyətlərin (məsələn, balıqçılıq, meşələrin qırılması, neft hasilatı) müvəqqəti dayandırılmasıdır. Bu, ətraf mühitin qorunması və davamlı inkişaf üçün istifadə olunur.

Pandemiya və fövqəladə hallarda moratorium

Qlobal fövqəladə hallar zamanı hökumətlər iqtisadi fəaliyyətlərə dair moratorium tətbiq edə bilərlər. Məsələn, COVID-19 pandemiyası zamanı bəzi ölkələr kirayə ödənişləri, kredit faizləri və borc ödənişləri üzrə moratorium elan etmişdilər.

Hüquqi proseslərdə moratorium

Ölüm hökmü üzrə moratorium bəzi ölkələrdə ölüm hökmünün icrasının dayandırılmasıdır. Bu, hüquqi sistemin yenidən nəzərdən keçirilməsi və ya beynəlxalq təzyiqlərə cavab olaraq tətbiq edilə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, moratorium sözünün mənası, moratorium haqqında məlumat. moratorium nədir? moratorium nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ekzogen proseslər

  • Mart 01, 2026

    Dadva

  • Fevral 27, 2026

    Luici Fakta

  • Fevral 27, 2026

    Spiro Aqnyu

  • Fevral 27, 2026

    Nobel qardaşları

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst