Kukay (空海, Ku:kay?, hərf. "boşluq dənizi"; 27 iyul 774 – 22 aprel 835) və ya əsl adı ilə Saeki no Mao (佐伯 眞魚?) — Heyan dövrünün başlanğıcında Yaponiya görkəmli dini, mədəni və ictimai xadimi. O, Şinqon buddizm məktəbinin banisi, həmçinin Kobo-dayşi (弘法大師?, hərf. "Dharmanın yayılmasının böyük müəllimi") fəxri titulunun daşıyıcısı idi.
| Kukay | |
|---|---|
| yap. 空海 | |
| |
| Doğum tarixi | 27 iyul 774 |
| Vəfat tarixi | 22 aprel 835 (60 yaşında) |
| Fəaliyyəti | leksikoqraf, dilçi, şair, xəttat, bhikşu, filosof |
Kukay Tenday buddizm məktəbinin banisi olan Sayço ilə birlikdə Nara dövrü buddizmindən Heyan dövrü buddizminə keçid prosesinə rəhbərlik etmişdir. O, Tan sülaləsi dövrünün buddist tantra təlimi olan mikkyonu Çindən Yaponiyaya gətirmiş, ezoterik buddizmin əsasını qoymuşdur.
Kukai həm də məşhur xəttatlıq ustası kimi tanınır. O, imperator Saqa və Tatibana no Hayanari ilə birlikdə öz dövrünün üç ən böyük xəttatından biri hesab olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kukay sözünün mənası, kukay haqqında məlumat. kukay nədir? kukay nə deməkdir?
