Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anar Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "B

Anar Məmmədxanov

  • Ana Səhifə
  • Vikipediya
  • Anar Məmmədxanov

Anar Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub.

Anar Məmmədxanov
Doğum tarixi 20 iyul 1970(1970-07-20)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 aprel 2011(2011-04-23) (40 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Atası Camal Məmmədxanov
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, KVN aktyoru[d]
İmza

Mündəricat

Həyatı

Anar Camal (Camali) oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. Atası Cəmali Məmmədxanov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur.

Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur.

23 aprel 2011-ci ildə vəfat edib.

Evli idi, 3 övladı var.

Xatirəsi

2018-ci ildə onun haqqında yazıçı-publisist Elmira Axundova "Anar Məmmədxanov. Kapitanın taleyi" kitabını yazmışdır. Kitabda Anar Məmmədxanovu tanıyan 100-ə yaxın şəxsin xatirələri yer alıb.

Həmçinin bax

  • Planet Parni iz Baku

Müsahibələri

  • Anar Məmmədxanov: "Xalqımıza üç sivil, mədəni və vətənpərvər uşaq vermişəm"
  • Anar Məmmədxanovun vəfatından 5 il ötür
  • Anar Məmmədxanov İnformasiya Müharibəsi haqqında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, anar məmmədxanov sözünün mənası, anar məmmədxanov haqqında məlumat. anar məmmədxanov nədir? anar məmmədxanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ernst-Happel Stadionu

  • Fevral 27, 2026

    Tofiq Mustafazadə

  • Mart 06, 2026

    Yaqub Qurbanov

  • Mart 01, 2026

    Helmintozlar

  • Fevral 24, 2026

    Tiflis qəzası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst