Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sittalar (lat. Sittidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Sittidae

  • Ana Səhifə
  • Vikipediya
  • Sittidae

Sittalar (lat. Sittidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Sittalar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Klad:
Psittacopasserae
Dəstə:
Sərçəkimilər
Klad:
Eupasseres
Yarımdəstə:
Oxuyan sərçələr
Parvdəstə:
Muscicapida
Fəsiləüstü:
Certhioidea
Fəsilə:
Sittalar
Beynəlxalq elmi adı
  • Sittidae R.Lesson, 1828[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  178773
NCBI  50247
EOL  1609
FW  

Mündəricat

Haqqında

Sittalar xırda quşlardır. Dimdiyi düz, itilənmişdir. Gödək ayaqlarında sərt əyilmiş iti caynaqları vardır. Lələklənməsi sıxdır. Quyruğu düz və qısadır. Bəzi növlər qayalara , başqaları isə ağac gövdələrində cəld dırmaşaraq çox vaxt başı aşağı gəzə bilir. Cücülərlə qidalanır. Azərbaycanda 4 növü 2 cins vardır. Bizdə 3 növü təmsil olunmuşdur.

Adi Sitta – (lat. - S.europaea L. ) Azərbaycanda 2 yarımnövü vardır: Qafqaz yarımnövü Talışdan başqa hər yerdə, digəri isə Lənkəran ovalığında və Talış dağlarında geniş yayılmışdır. Başqa sittalarda qəhvəyi böyürləri ilə seçilir. Döşü və qarnı oxra rənglidir. Bədəninin üst tərəfi monoton göyümtül bozdur . Qanadları və quyruğu qonurumtul-qara , quyruğunun üstündə ağ xalları vardır. Boğazı ağdır. Tək-tək və ya cüt-cüt gəzir. Nəğməsi hündür fit şəklindədir. Arealı Avropa, Asiya, Şimal-Qərbi Afrikadır. Meşə, park və köhnə bağların olduğu yerlərdə yaşayır. Oturaq həyat tərzi keçirir, dağlardan aşağıya qış köçmələri edir. Ağac koğuşlarında yuvalayır. Aprel-iyunda 5-8 ağ, qırmızı-qonur çilli yumurta qoyur. Mövsüm ərzində 2 dəfə cücü çıxardır.

Kiçik qayalıq Sittası – (lat. - S.neumayer Mich. ) Azərbaycanda Elbrus yarımnövü yaşayan politipik növdür. Qarnı və böyürləri açıq oxra-kürəndir. Həmişə daşların və qayaların üzərində tək və ya cütlərlə olur. Sərt qayalara yaxşı dırmaşır. Nəğməsi fitlər yığınından ibarətdir. Növün arealı Cənubi Avropa, Kiçik Qafqaz, Balkan yarımadası, Kiçik Asiya , Fələstin , Qərbi İrandı. Yayılması Böyük Qafqazda dağətəklərində, Kiçik Qafqazda isə Xəzər səviyyəsindən Alp qurşağınadək məhdudlaşmışdır. Yarğanlarda dağların çılpaq yamaclarında və daşlıqlarda məskunlaşır. Kiçik Qafqazın hündür dağlıqlarından və Naxçıvanda çoxsaylı qalan rayonlarda adidir. Apreldə 5-8 ağ qırmızı-qəhvəyi çilli yumurta qoyur. İyunda artıq uçan cavanlara rast gəlmək olur. Onlar yuvadan kənar valideynləri tərəfindən əlavə yemlənir .

Böyük qayalıq Sittası – (lat. S.tephronota Sharpe ) Azərbaycanda Xəzər yarımnövü yaşayan politipik növdür. Əvvəlki növə çox bənzəyir, ancaq ondan iridir, dimdiyi kütləli və daha uzundur. Arealı Cənubi Zaqafqaziya, Ön və Orta Asiyadır. Seyrək hallarda bütün mövsümlərdə Naxçıvanda rast gəlinir. Biologiyası demək olar ki, kiçik qayalıq sittasında olduğu kimidir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sittidae sözünün mənası, sittidae haqqında məlumat. sittidae nədir? sittidae nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Simulyasiya

  • Mart 01, 2026

    Vardan

  • Mart 01, 2026

    Yamblik

  • Fevral 27, 2026

    Lukretius

  • Mart 01, 2026

    Mahirə Abdulla

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst