Adidas Brazuca — Braziliyada keçirilən futbol üzrə 2014-cü il dünya çempionatı üçün Adidas şirkəti tərəfindən yaradılmış futbol topu modeli.
Adlandırılması
Topun adı 2 sentyabr 2012-ci ildə elan edilmişdi. Bu top, milyonlarla braziliyalı tərəfindən səsvermə yolu ilə seçilmişdir. Seçkidə üç futbol topu modeli təklif edilmişdi: Brazuca (səslərin 77.8 %-i), Carnavalesca (səslərin 14.6 %-i) və Bossa Nova (səslərin 7.6 %-i). Dünya çempionatları tarixində ilk dəfədirki, dünya çempionatında istifadə olunun topun adını azarkeşlər özləri seçdilər. Brazuca sözü braziliyalı mənasını verir. Brazuca bir sıra patriotlarlar tərəfindən istifadə edilən qeyri-formal, xoş və pozitiv ifadədir.
Konstruksiya
Topun daxili quruluşu Adidas Tango 12-ə yaxındır: təbii kauçukdan kamera, parça və sintetik köpükdən olan çoxqatlı aşqardan ibarətdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, adidas brazuca sözünün mənası, adidas brazuca haqqında məlumat. adidas brazuca nədir? adidas brazuca nə deməkdir?