“Bild” (“Das Bild”) — Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet.
| Bild | |
|---|---|
| |
| |
| Növ | Gündəlik tabloid, bazar və ictimai bayramlardan başqa |
| Format | Broadsheet |
| Sahibi | Aksel Sezar Şpringer |
| Təsisçi |
|
| Nəşriyyat | Axel Springer SE |
| Baş redaktor |
|
| Redaktor | Culian Rayxelt |
| Yaranma tarixi | 1952 |
| Siyasi mənsubiyyət | Populism, Mühafizəkarlıq |
| Dil | alman |
| Baş ofis | Berlin |
| Ölkə | Almaniya |
| Tiraj | 2,500,000 |
| bild.de | |
Haqqında
1952-ci ildə mediamaqnat Aksel Sezar Şpringer tərəfindən təsis edilmişdir. 1971-ci ildədək “Bild Saytunq” (“Bild Zeitung”) adlanmışdır. Almaniyanın 29 iri mərkəzində, Malyorka və Qran-Kanariya adalarında həftədə 6 dəfə olmaqla (32 buraxılış) nəşr olunur. Mənzil-qərargahı Hamburqda yerləşir; baş redaktoru K. Dikmanndır (2005). Gündəlik realizə olunan tirajı 3,83 mln. nüsxədir (2005). 1956-cı ildən “Bild am Zonntaq” (“Bild am Sonntag”) həftəsonu buraxılışı 2,04 mln. nüsxə tirajla nəşr edilir. Əsas nəşrə əlavə kimi “Bild der Frau” (1983-cü ildən), “Auto-Bild” (1986-cı ildən), “Şport-Bild” (“Sport-Bild”, 1988-ci ildən), “Kom pyüter-Bild” (“Computer-Bild”, 1996-cı ildən) və s. xüsusi buraxılışları çap olunur.
Həmçinin bax
Xarici keçidlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bild sözünün mənası, bild haqqında məlumat. bild nədir? bild nə deməkdir?

