Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və

Rauf Cabbarov

  • Ana Səhifə
  • Vikipediya
  • Rauf Cabbarov

Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və boks məşqçisi. SSRİ çempionu,idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi,Milli komandanın baş məşqçisi. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov 2 dəfə Avropa və 2 dəfə dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.

Rauf Cabbarov
Rauf Əbdülqədir oğlu Cabbarov
Doğum tarixi 8 iyul 1935
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 may 2010 (74 yaşında)
Vəfat yeri Bilgəh, Bakı, Azərbaycan
Vəfat səbəbi Ürək tutması
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 2 qız
Atası Əbdülqədir Cabbarov
Dini İslam
Fəaliyyəti Boks məşqçisi
Fəaliyyət illəri 1969-2004
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

Həyatı

1935-ci ilin iyulun 8-də Bakı şəhərində anadan olub. İlk olaraq Bakının Vidadi küçəsində, daha sonra Bayıl qəsəbəsinin Qurban Abbasov 34 küçəsində yaşamışdır. Boksla 10 il məşğul olmuş, respublika və ümumitiffaq miqyaslı yarışlarda qalib və mükafatçı kimi fərqlənmişdir. Əmək fəaliyyətinə 1957-ci ildə L. Şmidt adına zavodda çilingər vəzifəsində başlamışdır. 1960-cı ildən lampa zavodunda baş operator, 1963-cü ildə Taksi-Motor Parkında - yağlayıcı, 1969-cu ildən isə "Dinamo" idman cəmiyyətində və Bakı Uşaq-Gənclər idman məktəbində boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. Uzun illər Azərbaycan yığma komandasının baş məşqçisi olmuş, onlarla yüksək dərəcəli boksçular hazırlamışdır. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov Avropa və dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.

2004-cü ildən sonra iki dəfə ürək infarktı keçirən Cabbarovun uzun müddət səhhəti ilə bağlı problemləri olub. 2010-cu il mayın 11-də Zabrat qəsəbəsində dəfn olunub.

Ailəsi

Azərbaycanın ilk diktoru Fatma Cabbarova Rauf Cabbarovun əmisi qızıdır.

Təltif və mükafatları

O, SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi idi.

  • 2000 — Azərbaycan "Tərəqqi" medalı
  • 2003 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Qalereya

  • Rauf Cabbarov
    Rauf Cabbarov
  • Rauf Cabbarov gənc yaşlarında
    Rauf Cabbarov gənc yaşlarında
  • Rauf Cabbarov
    Rauf Cabbarov
  • 1974-cü ildə Rauf Cabbarov Bakının Dinamo İdman Cəmiyyətində öz tələbələri ilə
    1974-cü ildə Rauf Cabbarov Bakının Dinamo İdman Cəmiyyətində öz tələbələri ilə
  • Sydney 2000
    Sydney 2000
  • Ümummilli lider Heydər Əliyev tərəfindən ‘Tərəqqi’ ordenı təqdim edilərkən.
    Ümummilli lider Heydər Əliyev tərəfindən ‘Tərəqqi’ ordenı təqdim edilərkən.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rauf cabbarov sözünün mənası, rauf cabbarov haqqında məlumat. rauf cabbarov nədir? rauf cabbarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zaqatala rayonu

  • Mart 01, 2026

    Polypterus

  • Mart 01, 2026

    Çesapik körfəzi

  • Mart 06, 2026

    Uge

  • Mart 02, 2026

    Meksikalılar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst