Akaki Çxenkeli (19 may 1874 – 5 yanvar 1959, Paris) — Gürcü marksist dövlət xadimi, Zaqafqaziya Demokratik Federativ Respublikasını yeganə baş naziri.
| Akaki Çxenkeli | |
|---|---|
| gürc. აკაკი ჩხენკელი | |
| |
| 22 mart, 1917 – 24 noyabr, 1917 | |
| 9 aprel 1918 – 26 may 1918 | |
| Prezident | Nikolay Çxeidze |
| 26 may 1918 – noyabr 1918 | |
| Prezident | Noe Ramişvili |
| Sonrakı | Yevgeni Qeqeçkori |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 19 may 1874 |
| Vəfat tarixi | 5 yanvar 1959 (84 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | publisist, diplomat, siyasətçi, vəkil |
| | |
| | |
Həyatı və fəaliyyəti
1874-cü ildə Tiflis quberniyasının Xoni şəhərində, əsilzadə ailəsində doğulmuşdur. Kiyev Universiteti, Berlin Universitetində və Londonda təhsil almışdır. Hüquqçu və ədəbiyyatçı idi. 1898-ci ildə sosial demokratiya hərəkatına qoşuldu və 1903-cü ildə menşevik oldu. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak etmiş və həbs olunmuşdur. Rusiya imperiyası IV Dövlət Dumasına Batum oblastından, Qars oblastından və Suxumi diyarından seçilmişdir.
Fevral inqilabından sonra
Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur. 1921-ci ilin yanvarı Parisdə səfir olan Çxenkeli Gürcüstan Sovet Sosialist Respublikasının elan edilməsindən sonra bir daha Gürcüstana qayıtmamışdır. 1959-cu ildə, Parisdə vəfat edib.
Ailəsi
24 iyul 1880-ci ildə Suxumidə Makrine Turkia ilə evlənmişdir. 1 iyul 1905-ci ildə oğlu Aleksi (1904–1985) doğulmuşdur. Uşka Çxenkeli və Kita Çxenkelinin böyük qardaşıdır. 2005-ci ildə nəvələri Tamara və Qivi Mixail Saakaşvilidən ölkələrinə qayıtmaq üçün icazə istəmişdilər.
Mükafatları
Fransanın "Ləyaqətə görə" hərbi ordeni ilə mükafatlandırılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akaki Çxenkeli haqqında məlumat. Akaki Çxenkeli nədir? Akaki Çxenkeli nə deməkdir?
