Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Altay 'ın infrastrukturunda ailəsinin dəstəyi ilə 8 yaşında futbola başladı. 2000-ci ildə "Marmarisspor"da peşəkarlığa yüksəlib və bu komanda ilə 3-cü Liqada çe

Çağdaş Atan

  • Ana Səhifə
  • Vikipediya
  • Çağdaş Atan

Çağdaş Atan (29 fevral 1980, İzmir) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir.

Çağdaş Atan
türk. Çağdaş Atan
Ümumi məlumatlar
Tam adı Çağdaş Atan
Doğum tarixi 29 fevral 1980 (46 yaş)
Doğum yeri İzmir, Türkiye
Vətəndaşlığı
  •  Türkiyə
Boyu 1.87 m (6 ft 1 1⁄2 düym)
Çəkisi 77 kq
Mövqeyi mərkəz müdafiəçisi[d]
Karyerası
Klub karyerası
2000–2001 Marmaris Belediye GSK 28 (7)
2001–2003 Altay 30 (3)
2003–2004 Dənizlispor 31 (2)
2004–2006 Beşiktaş 40 (2)
2006–2008 Trabzonspor 40 (5)
2008–2009 FC Energie Cottbus 28 (2)
2009–2011 Bazel 44 (1)
2011–2012 Mersin Talim Yurdu 20 (0)
2012–2014 Akhisar Bələdiyəspor 57 (1)
2014–2015 Qaziantep 13 (0)
2015 Manisaspor 12 (0)
Milli yığma
2003–2004 Türkiyə A2 3 (1)
2004 Türkiyə 2 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Karyera

Klub karyerası

Çağdaş Atan 2011–12 mövsümündə Akhisar forması ilə.

Altay 'ın infrastrukturunda ailəsinin dəstəyi ilə 8 yaşında futbola başladı. 2000-ci ildə "Marmarisspor"da peşəkarlığa yüksəlib və bu komanda ilə 3-cü Liqada çempion olub. Daha sonra köhnə komandası "Altay"a qayıdıb, 2-ci Liqada çempion olub. Daha sonra iki mövsüm Super Liqada çıxış etdi. O, Altayda oynayan zaman topdaşıyan gəncə şillə vurduğu üçün idman ictimaiyyəti tərəfindən tez-tez tənqid olunurdu. 2003–04 mövsümündə "Dənizlispor" da oynayan Çağdaş buradakı çıxışına görə Türkiyə milli futbol komandasına çağırılıb.

2004–05 mövsümündən əvvəl 1 milyon dollara "Beşiktaş" a transfer olunub. Beşiktaş üçün ilk liqa oyununu 12 sentyabr 2004-cü ildə Sakaryaspor ilə matçda etdi, 15 may 2005-ci ildə İstanbulspor qarşısında ilk liqa qolunu vurdu. 8 aprel 2006-cı ildə " Malatyaspor" matçında azarkeşlərlə yaşadığı hadisələrə və oyundan sonra verdiyi açıqlamalara görə "Beşiktaş" rəhbərliyi tərəfindən 100 min TL cərimə edilmiş və qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılmışdır.

Beşiktaşdan ayrıldıqdan sonra RSC Anderlecht və VfL Bochum da daxil olmaqla bir çox klub ona can atırdı. Lakin o, "Trabzonspor"a üstünlük verib və yeni komandası ilə 4 illik müqavilə imzalayıb. İlk liqa matçını Çağdaş Trabzonsporda 5 avqust 2006-cı ildə Kayserispora qarşı keçirdi, ilk liqa qolunu 14 oktyabr 2006-cı ildə Kayseri Erciyesspor ilə oynadığı və 3–1 qalib gəldiyi matçda vurdu. Trabzonsporda 40 liqa matçı keçirən və 5 qol vuran Çağdaş 2008–09 mövsümünün sonunda müqaviləsinin bitməsi və Avropada oynamaq istəyinə görə 2 iyun 2008-ci ildə Bundesliqa komandalarından olan Energie Cottbus ilə müqavilə imzaladı.

İlk liqa oyununu 22 avqust 2008-ci ildə Kottbusda Hannover 96-ya qarşı keçirən Çağdaş mövsümün ilk matçlarında oynamaq şansı çox olmasa da, sonrakı həftələrdə davamlı olaraq heyətdə yer almağa başladı. O, Energie Cottbus ilə ilk liqa qolunu 15 fevral 2009-cu ildə Borussia Dortmund qarşısında vurdu. Mövsümün sonunda komandası aşağı liqaya düşdükdən sonra FC Bazel ilə 2+1 illik 3 illik müqavilə imzaladı. O, "Bazel" klubunu seçməyin əsas səbəbi kimi klubun avrokuboklarda çıxış etməsini göstərib.

Adı 2011–12 mövsümü üçün "Trabzonspor" da hallansa da, Super Liqanın yeni komandalarından olan Çağdaş Atan "Mersin İdman Yurdu" ilə anlaşaraq buraya transfer olunub.

2012–13 mövsümünün əvvəlində Super Liqanın yeni komandalarından olan "Akhisar Bələdiyyəspor" a transfer olundu.

2014–15 mövsümünün əvvəlində PTT 1-ci liqa komandalarından olan "Qaziantep Böyükşəhər Belediyespor"a transfer olunan Atan Nikola Mikiçin yerinə kapitan təyin edilib.

2014–15 mövsümü arasında PTT 1-ci liqa komandalarından olan Manisaspora transfer oldu.

Şəxsi həyat

Atan ailəlidir və bir övladı var. O, aktyor Berk Atanın əmisi oğludur.

Milli komanda karyerası

Milli komandada ilk dəfə 18 fevral 2004-cü ildə Danimarka ilə qarşılaşan Çağdaş milli ilə qolunu 31 mart 2004-cü ildə Xorvatiya ilə keçirilən yoldaşlıq matçında vurub. Çağdaş da 3 dəfə Türkiyənin A2 milli futbol komandasının formasını geyinib və 1 qol vurub.

Nailiyyətlər

Klub

FK Bazel
  • Super Liqa (2): 2009–10, 2010–11
  • Schweizer Kuboku (1): 2009–10

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çağdaş atan sözünün mənası, çağdaş atan haqqında məlumat. çağdaş atan nədir? çağdaş atan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Altı region

  • Mart 01, 2026

    Kran (En)

  • Fevral 26, 2026

    İğdır ili

  • Fevral 27, 2026

    Samet adası

  • Mart 01, 2026

    Çərkəz Qurbanlı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst