Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sənihə Sultan (7 dekabr 1851, Çırağan sarayı, İstanbul – 15 sentyabr 1931, Nitsa) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızı, ilk türk sosioloqlarından Mehmed Sə

Səniha Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Səniha Sultan

Sənihə Sultan (7 dekabr 1851, Çırağan sarayı, İstanbul – 15 sentyabr 1931, Nitsa) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızı, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin anasıdır.

Sənihə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1851(1851-12-07)
Doğum yeri
  • Çırağan sarayı, İstanbul
Vəfat tarixi 15 sentyabr 1931(1931-09-15) (79 yaşında)
Vəfat yeri
  • Nitsa
Dəfn yeri
  • Süleymaniyyə təkyəsi
Atası I Əbdülməcid
Anası Nalandil xanım
Həyat yoldaşı
  • Mahmud Cəlaləddin Paşa
Uşaqları
  • Mehmed Səbahəddin bəy
Ailəsi Osmanlı xanədanı
Dini sünnilik, İslam

Həyatı

1852-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası Nalandil xanımdır. 1861-ci ildə atasının vəfatı ilə Osmanlı taxtına əmisi Sultan Əbdüləziz çıxdı. 1865-ci ildə anasının vəfatıyla yetim qaldı. Əmisinin 1876-cı ildə taxtdan endirilərək öldürülməsinin ardından taxta böyük qardaşlarından V Murad, onun 93 günlük səltənətinin ardından digər qardaşı II Əbdülhəmid taxta çıxdı. Qardaşının səltənəti dönəmində 4 dekabr 1876-cı ildə Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla evləndirildi. Bu evlilikdən Mehmed Səbahəddin və Əhməd Lütfullah adında iki oğlu dünyaya gəldi.

II Əbdülhəmid bacısı Rəfiyə Sultanın gənc yaşda vəfat etməsilə ona aid olan Çamlıca sarayını Sənihə Sultana təsis etdi. Sənihə Sultan uzun müddət ailəsilə birlikdə bu sarayda yaşadı. 1895-ci ildə sarayın aşağı hissəsində övladları üçün məktəb tikdirdi. II Əbdülhəmidlə siyasi ziddiyyətlər yaşayan əri Mahmud Cəlaləddin Paşa 1899-cu ildə Sənihə Sultanla boşandı və övladlarını alıb xaricə getdi. Bunun ardından İstanbulda qalan Sənihə Sultan V Muradın yenidən taxta çıxmasına dəstək vermişdir.

1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında çıxan qanunla 72 yaşında ikən bütün ailə mənsubları ilə birlikdə sürgün edildi. Sürgünə gedən ən yaşlı ailə üzvü idi. Əvvəlcə Parisə gedib burada oğulları ilə birlikdə yaşadı. Ancaq övladları siyasətə qarışmış, bu səbəblə yaşlı analarına baxa bilmirdilər. Nəticədə, yaşlı Sənihə Sultan San-Remodakı qardaşı Sultan Vahidəddinin yanında məskunlaşdı. 1926-cı ildə qardaşının vəfatından sonra küçələrə düşən Sənihə Sultan ətrafdakı insanların verdiyi sədəqələrlə yaşamağa başladı. Nəhayət, kiçik oğlu Lütfullah bəy anasının halından xəbərdar olub, dərhal Parisdən gələrək anasını tapdı və Nitsadakı Əbdülməcid Əfəndiyə əmanət etdi. Burada Sultan Vahidəddinin evindəki kimi böyük bir otaqda deyil, tavan arasında yaşamağa başladı.

Sultan Əbdülməcidin ən uzunömürlü övladı olan Sənihə Sultanın məşəqqətli həyatı 1931-ci ildə Nitsada başa çatdı. Cənazəsi Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.

Övladları

  • Mehmed Səbahəddin bəy
  • Əhməd Lütfullah bəy (1880 - 1973, Paris)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səniha sultan sözünün mənası, səniha sultan haqqında məlumat. səniha sultan nədir? səniha sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qala qoyunu

  • Fevral 27, 2026

    Sarvan bələdiyyəsi

  • Fevral 27, 2026

    Kinetik enerji

  • Fevral 27, 2026

    Oleq

  • Fevral 27, 2026

    Canıbəy xan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst