Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaş

Sazan

  • Ana Səhifə
  • Vikipediya
  • Sazan

Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur.

Sazan adası
alb. Sazani
Ümumi məlumatlar
Sahəsi 5 km²
Uzunluğu
  • 4,7 km
Eni 2 km
Hündür nöqtəsi 342 m
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
40°30′ şm. e. 19°17′ ş. u.HGYO
Ölkə  Albaniya
Akvatoriya
  • Adriatik dənizi
Sazan adası xəritədə
Sazan adası
Sazan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Sazan adası xəritəsi

Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır. Adanın maksimal hündürlüyü 342 metrdir. Sahildən 15 km aralıda yerləşir.

Tarixi

Sazani adası

Ada uzun zaman Venesiya Respublikasına mənsub olmuşdur. Napoleonun apardığı müharibələrin sonucunda, Paris sülh müqaviləsinə görə (1815 il) ada digər İoniy adaları da daxil olmaqla Britaniyanın protektoratlığına verilir. 1864-ci ildən İoniy adaları və Sazani adası Yunanıstana verilir. İkinci Balkan müharibəsinin sonucunda 1913-ci ildə İtaliya və Avstriya Yunanıstanı Albaniyanın cənubu və Sazani adasını boşaltmağa məcbur edilir. 30 oktyabr 1914-ci ildə İtaliya adanı zəbt edir və burada öz postlarını yerləşdirir. 1915-ci ilin 26 aprel London anlaşması ilə adanın İtaliyaya verilməsi təstiqlənir, Albaniy müstəqilliyini itirir. Birinci Dünya müharibəsi bitdikdən sonra isə Albaniya müstəqilliyini bərpa edir. 2 sentyabr 1920-ci il Alban-İtaliya anlaşması ilə ada yenidən İtaliyaya verilir. İkinci Dünya müharibəsi zamanı 1943-1944 illərdə Almaniyanın işğalı altında olmuşdur. 10 fevral 1947-ci il İtaliya ilə imzalanan anlaşma ilə ada Albaniyaya qaytarılmışdır. Sovet və Albaniya arasında yaranan siyasi toqquşmalara, 1960—1961 illərə qədər adada Sovetlərə məxsus hərbi hissələr yerləşdirilmişdi.

29 aprel 2010 il qərarı ilə ada ətrafında yerləşən 1852 metr (1 dəniz mili) radiusunda sahədə milli park yaradılmışdır. Karaburun-Sazan milli parkı Albaniyanın ilk dəniz milli parkıdır.

Faunası

Sazan adası ərazisində 7 suda-quruda yaşayan 3 ilan növü yaşayır. Burada 15 quş növünə rast gəlmək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sazan sözünün mənası, sazan haqqında məlumat. sazan nədir? sazan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mükafat

  • Fevral 27, 2026

    İsveç Krallığı

  • Fevral 27, 2026

    FAO

  • Fevral 27, 2026

    Yuxarı Kilsə

  • Fevral 23, 2026

    Ziqmund Freyd

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst