Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — Azərbaycan alimi. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar

Zahid Kərimov

  • Ana Səhifə
  • Vikipediya
  • Zahid Kərimov

Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — Azərbaycan alimi. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi.

Zahid Kərimov
Doğum tarixi 13 yanvar 1937(1937-01-13)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 sentyabr 2011(2011-09-01) (74 yaşında)
Uşağı
  • Məcid Kərimov
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi Azərbaycan SSR əməkdar elm xadimi — 1982
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və Elmi fəaliyyəti

Zahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub.

1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis.

1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət

1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent.

1961–1964 – AZİNKİ-də Aspirant.

1965–1965 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent.

1965–1966 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Baş müəllim.

1966–1968 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Dosent.

1969–1971 — AZİNKİ-nin "Neft-mexaika fakültəsi"-nin dekanı.

1969–1970 -AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Professor.

1970–2011-AZİNKİ-nin "Maşın hissələri və yükqaldırıcı maşınlar". Kafedra müdiri, professor.

Elmi tədqiqatları:

  • Neft-qaz-mədən əməliyyatlarında dinamika problemləri.
  • Termo-özlü elastiklik və plastiklik nəzəriyyəsi.
  • Neft-qaz mədən avadanlıqlarının dinamikası, möhkəmliyi və optimal layihələndirilməsi.
  • Tətbiqi mexanika.

Elmi kadr hazırlığı:

3 – elmlər doktoru və 30 – elmlər namizədi hazırlamışdır.

Konfranslarda iştirak:

Beynəlxalq elmi konfrans, simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycan elmini ümumdünya konqress, konfranslarında, o cümlədən Böyük Britaniya, Almaniya, Polşa, Rumıniya, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə təmsil etmişdir.

Seçilmiş elmi əsərləri:

  • Динамические расчеты бурильной колонны. 1970, Москва, изд Недра, 160 стр.
  • Термо-вязко-упругость и пластичность в нефтепромысловой практике. 1973, Москва, изд Недра, 280 стр.
  • Автоматизированные проектирование конструкции . изд Машиностроение, 1985, 224 стр.
  • Теория колебаний в нефтепромысловом деле . 2005 Москва — Ижевск, Институт компьютерных исследований, 364 стр.
  • Maşın hissələri. Ali texniki məktəblər üçün dərslik. 1999, Bakı maarif.1999. 396 səh.
  • Maşın hissələrinin uzunömürlüyüyü. Ali texniki məktəbləri üçün dərs vəsaiti.1999, Bakı, Elm nəş, 133 səh.
  • Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.2002, Bakı, maarif nəşriyyatı, 596 səh.
  • Maşın hissələrindən kurs layihəsi.1983, Bakı, maarif nəşriyyatı, 320 səh.
  • Geodinamika,2007, Azərnəşr, 158 səh.
  • Rəqslər nəzəriyyəsi. 1981, Bakı, maarif nəşriyyatı.

250 elmi əsərin, o cümlədən 17 monoqrafiya, 215 elmi məqalə, 14 ixtira və 1 elmi kəşfin müəllifidir.

Mükafatları

1. Azərbaycan Respublikasının əməkdar elm xadimi;

2."Şöhrət" ordeni — 14.12.2000;

3. SSSR-nin "Qırmızı Əmək Bayrağı" ordeni;

4. SSSR-nin Qaz sənayesi Nazirliyinin əlaçısı;

5. SSSR-nin neft və kimya maşınqayırması Nazirliyinin əlaçısı;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zahid kərimov sözünün mənası, zahid kərimov haqqında məlumat. zahid kərimov nədir? zahid kərimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siyasi rejim

  • Fevral 27, 2026

    Gömrük

  • Fevral 27, 2026

    Mehdi Məmmədov

  • Mart 01, 2026

    Fərrux (Xocalı)

  • Mart 01, 2026

    İrəli

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst