Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eskalator, Hərəkətli pilləkən (ing. escalator, fr. escalader – dırmaşmaq, lat. scala – pilləkən) – adamları bir səviyyədən digərinə keçirmək üçün hərəkət edən p

Eskalator

  • Ana Səhifə
  • Vikipediya
  • Eskalator

Eskalator, Hərəkətli pilləkən (ing. escalator, fr. escalader – dırmaşmaq, lat. scala – pilləkən) – adamları bir səviyyədən digərinə keçirmək üçün hərəkət edən pilləkənşəkilli qaldırıcı nəqliyyat qurğusu. Binanın mərtəbələri arasında insanların daşınması üçün konveyer nəqliyyat cihazı.

Eskalatorlar Danimarkada Kopenhagen metropoliteni stansiyasında, 2007-ci ildə

Ümumi məlumat

Hərəkət edən səkilərdə (Travolatorlarda-"yeriyən səki") sərnişinlər ya ayaq üstə durur ya da səkinin üstündə oturacaqlarla təchiz edilmiş kabinələrdə yerləşdirilirlər.

Hərəkət edən səkilər (Travolator) horizontal və bucaq altında yerləşdirilə bilərlər (meyilli və ya üfüqi).

Sərnişin axını çox olan metro stansiyalarında (tunel Eskalatoru), küçə keçidlərində, həmçinin vağzal binalarında (mərtəbə Eskalatoru; mərtəbələrarası Eskalator), çoxmərtəbəli ictimai binalarda, ticarət mərkəzlərində, teatrlarda və s. geniş istifadə olunur. Eskalatorun pillələri sonsuz dartı zəncirinə bərkidilir və diyircəklər üzərində yönəldici yolla hərəkət etdirilir. Eskalator pilləkənlərlə sinxron hərəkət edən tutacaqla təchiz olunur. Yuxarı stansiyalarda intiqal, aşağıda isə zənciri tarımlaşdıran qurğu yerləşir. Pilləkənin hərəkət sürəti 0,5–1 m/san, meyil bucağı 30–35°-dir.

Sürətinə görə hərəkət edən səkilər (Travolatorlar) az sürətli (2.5–3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər.

Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır.

Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər. Hərəkət edən səkilərin (Travolatorların) bir sıra üstünlükləri (məsələn: pillələrinin olmaması və bu səbəbdən istənilən qabaritli əşyaların rahat üzərində yerləşdirilə bilinməsi..) vardır. Lakin, onun məhdudiyyətləri də mövcuddur, məsələn; — onun yalnız müəyyən meyil bucağı altında yerləşdirilməsi (sərnişinlərin hərəkət zamanı müvazinətliliyini təmin edəcək meyil bucağı), eskalatorlardan fərqli olaraq sərt meyil bucağı altında yerləşdirilməsi imkanlarının məhdud olması.

Hərəkət edən səkilər (Travolatorlar) praktiki olaraq geniş ərazili, əhalinin (sərnişin) kütləvi axınlarının daimi mövcud olduğu böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində, sərgi kompleksləri və s. istifadə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eskalator sözünün mənası, eskalator haqqında məlumat. eskalator nədir? eskalator nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Desna çayı

  • Fevral 27, 2026

    Anna Kurnikova

  • Fevral 27, 2026

    Saqqal

  • Fevral 27, 2026

    Çad Truyillo

  • Fevral 27, 2026

    Karağandı

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst