Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keqon (yap. 華厳滝 Keqon-taki) — Yaponiyada şəlalə. Şəlalə Toçiqi prefekturasının Nikko şəhəri yaxınlığındadır. Nikko Milli Parkı ərazisində yerləşir. Tyudzendi gö

Keqon şəlaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Keqon şəlaləsi

Keqon (yap. 華厳滝 Keqon-taki) — Yaponiyada şəlalə. Şəlalə Toçiqi prefekturasının Nikko şəhəri yaxınlığındadır. Nikko Milli Parkı ərazisində yerləşir. Tyudzendi gölündən çıxan Daiyaqava çayı üzərində yerləşən şəlalənin hündürlüyü 97 metrdir. Vaxtıilə çay yatağı vulkan püskürməsi zamanı lava ilə dolmuşdur. Çayın geoloji fəaliyyəti nəticəsində yataq böyümüş və Keqonla yanaşı on iki kiçik şəlalələr meydana gəlmişdir.

Keqon
yap. 華厳滝
Keqon şəlaləsi və Tyudzendi gölü
Keqon şəlaləsi və Tyudzendi gölü
Ümumi məlumatlar
Hündürlüyü 97 m
Eni 7 m
Çay Daiyaqava
Yerləşməsi
36°44′ şm. e. 139°30′ ş. u.HGYO
Ölkə  Yaponiya
Region
  • Toçiqi prefekturası
Keqon xəritədə
Keqon
Keqon
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Şəlalə öz adını buddist mənbələrindən götürmüş (華厳経 Keqonqe). Nikko şəhəri yaxınlığında ümumən 48 şəlalə mövcuddur. Keqon isə bunlardan ən məşhurudur. Bundan başqa Keqon ölkənin ən gözəl üç şəlaləsindən biridir (Nati -Vakayam prefekturası, Fukuroda - İbaraki prefekturası) 1900-cu illərə qədər şəlaləyə gediş çox çətin idi. Şəlalə yaxınlığında Çaşitsu (çay evi) tikildikdən sonra ərazi turistlərin sevimli məkanına çevrildi. 1930-cu ildən xüsusi qaldırcı qurğu xidmət göstərir. Yay aylarında şəlalə ətrafında qaranquşların uçuşunu müşahidə etmək olar. Bu mənzərəni pulsuz müşahidə meydançasından seyr etmək olar. Əraziyə qalxan lift 100 metrdən sonra şəlaləyə çatır. Yaxınlıqda Aketidayra rəsədxanası yerləşir. Payız zamanı ərazi daha cəlb edici olur. Bəzən bölgəyə yaxın olan magistiral yolda tıxaclar meydana gəlir. Qış aylarında şəlalə donur.

2003-cü ildə şəlalənin geri çəkilmə sürrəti müəyyən olunmuş və məlum olmuşdur ki, şəlalə gölə il ərzində 1,8 sm gölə yaxınlaşır. Şəlaləyə gedən yol 1300 m hündürlükdən keçir. Həm şəlalə, həm də, Nikko şəhərində yerləşən  buddizm və sintoizm məbədləri YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişlər.

Şəlaləyə getmək üçün daha çox ictimai nəqliyyatdan istifadə olunur. İlk öncə eKeqon və ya Kinu kspress qatarına minmək lazım. Qatar Asakusa stansiyasından yol düşür və Simo-İmaiti dayanacağına kimi getmək gərək. Ümumi səfər 2 saat çəkir. Sonra yerli elektrik qatarı sizi son məntəqəyə qədər aparır. Bundan başqa Tobu-Nikko Station dəmiryolu stansiyasından avtobus fəaliyyət göstərir. Şəlaləyə ən yaxın dayanacaq Tyudzen-dzi-onsendir.

İntiharlar

Misao Fudzimuranın vida məktubu

Keqon şəlaləsi həmçinin yapon gəncləri arasında özünə qəsd məkanı kimidə məşhurdur. 22 may 1903-cü ildə 18 yaşlı gənc filosof tələbə Misao Fudzimura şəlalədən tullanaraq intihar etmişdir. İntihardan öncə Fudzimura öz qeydlərini şeir şəklində ağac kötüyündə qeyd etmişdir.

Fudzimuranın intiharı və vida məktubu qısa müddətdə qəzetlərdə sensasiyaya səbəb oldu və məşhur yazıçı Natsume Soseki tərəfindən əsər kimi qələmə alındı. Bu şəlaləni sevgi ümidini itirən və ya başqa səbəblərdən ümidsiz olan gənclər üçün populyar bir intihar məkanı halına gətirdi (Verter effekti).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, keqon şəlaləsi sözünün mənası, keqon şəlaləsi haqqında məlumat. keqon şəlaləsi nədir? keqon şəlaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Amitabh Baççan

  • Mart 01, 2026

    Ərəbgirli oymağı

  • Mart 06, 2026

    London metrosu

  • Fevral 27, 2026

    Ədalət Tahirzadə

  • Fevral 27, 2026

    Qastroenterologiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst