Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.

Chilopoda

  • Ana Səhifə
  • Vikipediya
  • Chilopoda

Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.

Dodaqayaqlılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Mandibulata
Yarımtip:
Çoxayaqlılar
Sinif:
Dodaqayaqlılar
Beynəlxalq elmi adı
  • Chilopoda Pierre André Latreille, 1817
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  154400
NCBI  7540
EOL  576
FW  

Mündəricat

Xarici quruluşu

Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir. Xilopodlar ayrıcinsli heyvanlardır. Cinsi çoxalma zamanı onlarda «xarici-daxili» mayalanma müşahidə edilir. Bu zaman erkək uzadılmış hörümçək toruna spermatofor qoyur, dişi isə sonra onu götürür. Müəyyən xilopod dəstələrinin nümayəndələrində mayalanma prosesinin özü bir qədər fərqlənir.

Həyat tərzi

Dodaqayaqlı çoxayaqlılar – ən müxtəlif onurğasızlarla qidalanan fəal yırtıcılardır. Başqa çoxayaqlı qruplarının nümayəndələri kimi, dodaqayaqlılar da torpaqla sıx bağlı olub, vaxtın çoxunu torpaqda, daşların və kötüklərin altında, meşə döşənəyində, qaya yarıqlarında və başqa sığınacaqlarda keçirərək, yalnız gecələr torpağın səthinə çıxırlar. Torpağın üst təbəqəsinin və döşənəyin sakinlərinin mühüm hissəsini təşkil edən xilopodlar zərərli cücülərin məhv edilməsində böyük əhəmiyyət daşıyırlar. Dodaqayaqlı çoxayaqlıların çoxu torpaq şəraitinin etibarlı göstəricisidir. Xilopodlar dörd dəstədə təmsil olunmuşlar. Səhralardan başqa bütün landşaft zonalarında yayılmış xilopodların 3000-ə yaxın növü məlumdur.

Dəstə və fəsilələri

  • † Devonobiomorpha dəstəsi — nəsli kəsilmiş qrup.
  • Geophilomorpha dəstəsi
    • Aphilodontidae
    • Azygethidae
    • Ballophilidae
    • Dignathodontidae
    • Eriphantidae
    • Geophilidae
    • Gonibregmatidae
    • Himantariidae
    • Linotaeniidae
    • Macronicophilidae
    • Mecistocephalidae
    • Neogeophilidae
    • Oryidae
    • Schendylidae
    • Sogonidae
    • Soniphilidae
  • Sümükcələr dəstəsi (Lithobiomorpha)
    • Anopsobiidae
    • Cermatobiidae
    • Henicopidae
    • Lithobiidae
    • Pseudolithobiidae
    • Pterygotergidae
  • Skolopendrlər dəstəsi (Scolopendromorpha)
    • Cryptopidae
    • Otostigmidae
    • Plutoniumidae
    • Scolopendridae
    • Scolopocryptopidae
  • Skutigerlər dəstəsi (Scutigeromorpha)
    • Scutigeridae
  • Craterostigmomorpha dəstəsi
    • Craterostigmidae

Tanınmış növləri

  • Nəhəng scolopendr Scolopendra gigantea

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, chilopoda sözünün mənası, chilopoda haqqında məlumat. chilopoda nədir? chilopoda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Corc Bayron

  • Mart 01, 2026

    Barxan

  • Mart 06, 2026

    Dovdaq

  • Mart 02, 2026

    138 (ədəd)

  • Fevral 27, 2026

    Staqflyasiya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst