Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich‎, 15 may 1773[…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 11 iyun 1859[…], Vyana) — Avs

Klemens Metternix

  • Ana Səhifə
  • Vikipediya
  • Klemens Metternix

Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich‎, 15 may 1773[…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 11 iyun 1859[…], Vyana) — Avstriya dövlət xadimi, Avstriya imperiyasının Xarici işlər naziri və dövlət kansleri, Vyana konqresinin əsas təşkilatçısı. 1848-ci il Avstriya inqilabı zamanı istefa vermişdir.

Klemens fon Metternix
alm. Klemens Wenzel Lothar von Metternich‎
Klemens fon Metternix
Klemens fon Metternix
Avstriyanın xarici işlər naziri
1809 – 1847
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1773
Doğum yeri
  • Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası
Vəfat tarixi 11 iyun 1859 (86 yaşında)
Vəfat yeri
  • Vyana, Avstriya imperiyası
Təhsili
  • Strasburq Universiteti,
  • Mayns Universiteti[d] (–1794)
Fəaliyyəti diplomat, siyasətçi, yazıçı
Dini katolisizm

Təltifləri "III Karlos" ordeninin böyük xaçı "Qara qartal" ordeni — 1813 "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Müqəddəs Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni Knight Grand Cross of the Order of Saint Stephen of Hungary "Mariya Tereza" hərbi ordeni Knight Grand Cross of the Order of Saint Joseph Knight of the Order of Saint Joseph "Xilaskar" ordeni "Qızıl yun" ordeninin cəngavər dərəcəsi Knight of the Order of the Holy Spirit I dərəcəli "Qırmızı qartal" ordeni "Fil" ordeninin cəngavər dərəcəsi — 1814 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni — 1842 Knight of the Order of Saint-Michel
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Avropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayiət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir.

Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi.

Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur. 1820-ci ildə Rus Çarı I Aleksandrın müraciəti üzrə hazırlanan memorandumda Metternix öz şəxsi görüşlərinə əsaslanaraq Avropadakı liberal hərəkatları, millətçilik meyillərini şərh edir, onların səbəblərini analiz edir və mübarizə üsulları ilə həll yollarını irəli sürür. Metternixin irəli sürdüyü mühafizəkar prinsiplər, demək olar bütün XIX əsr boyu, Avropadakı imperiyaların öz mövqelərini saxladığı bir dövrdə mühafizəkarların liberalizmə, inqilablara, milli azadlıq hərəkatlarına, siyasi hüquqlara, islahatlara, Konstitutsiyaya, mətbuata və.s yenilik adlanan bir çox anlayışa qarşı mövcud olan münasibətlərini ümumi şəkildə əks etdirdiyi üçün həmin dövrdə mühafizəkarlığın daxili böhranını, bir dönmə nöqtəsində olduğunu başa düşməkdə əhəmiyyətli mənbələrdəndir.

Ədəbiyyat

  • Энгельс Ф., Начало конца Австрии, К. Маркс и Ф. Энгельс, Соч., 2 изд., т. 4;
  • Энгельс Ф., Борьба в Венгрии, там же, т. 6;
  • Энгельс Ф., Революция и контрреволюция в Германии, там же, т. 8, с. 30-36;
  • Энгельс Ф., Роль насилия в истории, там же, т. 21, с. 432-37;
  • Оберман К., О роли Меттерниха в европейской дипломатии 1813 г., в сборнике: Освободительная война 1813 г. против наполеоновского господства, М., 1965;
  • Раковский Х. Г. Князь Меттерних. Его жизнь и политическая деятельность. СПб, 1905
  • Чубарьян А. О. Эволюция европейской идеи (до конца XIX века). — Вопросы истории, 1981, № 5
  • Шедивы Я. Меттерних против Наполеона. М., 1991
  • Орлик О. В. Россия в международных отношениях 1815—1829. М., 1998
  • Рахшмир П. Ю. Князь Меттерних: человек и политик. Пермь, 1999
  • 3ак Л. А., Монархи против народов. Дипломатическая борьба на развалинах наполеоновской империи, М., 1966;
  • Srbik Н., Metternich der Staatsmann und der Mensch, 3 Aufl., Bd 1-2, Münch., 1957;
  • Bertier de Sauvigny G., Metternich et son temps, P., 1959;
  • May A. J., The age of Metternich. 1814—1848, N. Y., 1965;
  • Obermann K., Bemerkungen über die bürgerliche Metternich-Forschung, "Zeitschrift für Geschichtswissenschaft", 1958, No 6;
  • Schroeder P. W., Metternich studies since 1925, "Journal of Modern History", 1961, v. 33, ?3.
  • Alatlı Alev. Batı'ya Yön Veren Metinler (4 Cilt Takım),İlke eğitim ve sağlık vakfı, 2010

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, klemens metternix sözünün mənası, klemens metternix haqqında məlumat. klemens metternix nədir? klemens metternix nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Teylor sırası

  • Fevral 27, 2026

    Zəbur

  • Fevral 27, 2026

    Yaponiya parlamenti

  • Fevral 27, 2026

    Kütburun nərə

  • Mart 01, 2026

    Maya Çiburdanidze

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst