Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məşhurlaşıb. Fridrix Kr

Krupp

  • Ana Səhifə
  • Vikipediya
  • Krupp

Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məşhurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı.

Radreifen (Alfred Krupp tərəfindən patentləşdirilmiş bütöv dəmir yolu çarxları) əsasında Kruppu simvolizə edən üç halqa. Üç halqa hazırda Thyssenkrupp loqosunun bir hissəsidir.

Mündəricat

Şirkət haqqında

Essendə Krupp işçiləri hərbi-dəniz topları və səhra artilleriya hissələrinin növlərini ayırır (təxminən 1905-ci il).

Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur. Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və Almaniya və Fransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib.

Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, Türkiyə və Almaniya orduları üçün polad toplar istehsal etməyə başladı. Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi. Alfred bu bizneslə məşğul olmağa başlayanda onun beş işçisi var idi. Onun vəfatına kimi iyirmi min nəfər dünyanın ən iri sənaye şirkəti və Alman imperiyasında ən böyük özəl şirkət olan Krupp üçün çalışıb.

XX əsrdə şirkətə Kruppun varisi Berta Krupp ilə evlənəndən sonra Krupp soyadını götürərək, Qustav Krupp fon Bolen und Halbach (1870-1950) rəhbərlik edib. Adolf Hitler 1933-ci ildə Almaniyada hakimiyyətə gələndən sonra, Krupp şirkəti Almaniyanın yenidən silahlanması üçün mərkəzə çevrilmişdir. 1943-ci ildə Hitlerin xüsusi əmri ilə şirkətin yeganə mülkiyyəti Qustav və Bertanın böyük oğlu Alfried Krupp fon Bolen und Halbacha (1907-67) qaytarıldı. Almaniyanın müharibədə məğlubiyyətindən sonra, Qustav məhkəmə qarşısında dayanan qoca və bacarıqsız bir insan idi və o, Nürnberq Hərbi Tribunalında şirkətin qul əməyindən istifadəsi və"soyğunçuluğa" görə Krupp İstintaqı zamanı hərbi cinayətkar kimi ittiham edilmişdir. Nəticədə bu məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum edib və onun əmlakının 75%-ni satmaq ona əmr edilib. 1951-ci ildə Soyuq müharibənin inkişaf etdiyi dövrdə heç bir alıcı olmayıb, buna görə də ABŞ-nin işğalçı rəhbər orqanları onu azad edib və o, 1953-ci ildə firmanın nəzarəti yenidən bərpa edib. 1968-ci ildə şirkət koorparasiya oldu. 1999-cu ildə isə Krupp qrupu ən böyük rəqibi Thyssen AG ilə birləşdi və birləşmiş bu iki şirkət ThyssenKrupp AG adlanaraq dünyada Almaniyanın beşinci böyük firması və ən böyük polad istehsalçılarından biri oldu.

Həmçinin bax

  • Landkreuzer P. 1500 Monster

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Krupp haqqında məlumat. Krupp nədir? Krupp nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Vladimir Mayakovski

  • Fevral 24, 2026

    Nov boğazı

  • Fevral 26, 2026

    Samux

  • Fevral 23, 2026

    Qot

  • Fevral 24, 2026

    Ədəbiyyat nəzəriyyəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst