Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəbəkə təhlükəsizliyinə görə spoofing hücumu (aldatma hücumu) hər hansı bir şəxs və ya proqram təminatının məlumatı saxtalaşdıraraq şəbəkədə qanunsuz üstünlüklə

Spoofer

  • Ana Səhifə
  • Vikipediya
  • Spoofer

Şəbəkə təhlükəsizliyinə görə spoofing hücumu (aldatma hücumu) hər hansı bir şəxs və ya proqram təminatının məlumatı saxtalaşdıraraq şəbəkədə qanunsuz üstünlüklər əldə etməsidir.

Mündəricat

Spoofing və TCP/IP

TCP/IP -də olan bir çox protokolların  mesajın mənbəyi və hədəf yönünü təsdiqlənməsi üçün mexanizması yoxdur. Buna görə də bu protokollar əgər tətbiqetmələr tərəfindən mesaj göndərən və qəbul edəni təsdiqləmə xüsusiyyəti yoxdursa, spoofing hücumuna həssas dır.  IP spoofing və ARP spoofing şəbəkədə istifadəçilərə qarşı aradakı şəxs hücumlarında (man-in-the-middle attack) istifadə olunur. TCP/İP protokollarına görə üstünlük əldə edən spoofing hücumlarının qarşısını geniş paket yoxlaması olan firewall (qoruma sistemləri) vasitəsilə alına bilər.

Referrer spoofing (yönləndirmə spoofing)

Bəzi web saytlar, saytdakı məlumatlarına yalnız icazəli (qoşulma-) səyfələrindən qoşulmaya icazə verir. Bu HTTP sorğunun yönləndirmə başlığının (referrer header) yoxlanması ilə baş verir. Bu yönləndirmə başlıqları dəyişdirilərək istifadəçilərə web saytların məlumatlarına yoxlamasız giriş haqqı verir.

Fayl-paylaşım şəbəkələrinin zərər görməsi

"Spoofing" müəllif hüquqi sahiblərinin əvəzinə onların gördükləri işlərin saxtalaşdırılmış formasının fayl-paylaşım şəbəkələrində yerləşdirilməsinə icazə verir.

Zəng edən şəxsin İD-sinə spoofing hücumu

İctimai telefon şəbəkələrində hər zəng olunduqda zəng edən şəxsin İD məlumatları (zəng edənin adı və nömrəsi) göndərilir. Baxmayaraq ki, bəzi texnologiyalar (xüsusilə VoİP) zəng edənin İD və məlumatlarını dəyişdirərək yanlış məlumatlar göndərir. Şəbəkələr arası çıxış nöqtələrində (Gateways) bu spoofing hücumlarına icazə verilir və sonra ictimai şəbəkəyə yanlış məlumatlar göndərilir. Saxtalaşdırılmış zənglər başqa ölkələr tərəfindən yaradılsada, zəng qəbul edən ölkə qanunları  zəng edənə müraciət edə bilmir. 

E-mail ünvanı spoofing hücumu

E-maildə mesaj göndərən məlumatları asanlıqla saxtalaşdırıla bilir. Bu üsul spam məlumatlar göndərənlər tərəfindən məlumatın göndərilmə mənbəyinin gizlədilməsi üçün istifadə edilir.

E-mail ünvan spoofing hücumu snail mail hücumu ilə eyni cür işləyir. Göndərilən məktub protokol ilə uyğunlaşdıqda, the SMTP protokolu mesajı göndərir. Və hücum mail serverə telnetlə qoşularaq sona çatır.

GPS Spoofing hücumu

GPS spoofing hücumu GPS qəbuledici cihazlara saxtalaşdırılmış siqnallar göndərərək, onların düzgün siqnallarının əldə olunmasında istifadə edilir. Hücumçu saxtalaşdırılmış məlumatlar vasitəsilə qəbul edici cihazın hal-hazırkı və ya başqa vaxt olduğu mövqeni əldə edə bilir. GPS spoofing hücumun ümumi forması daşıyıcı hücum (carry-off attack) adlanır və siqnallar göndərərək hədəf qəbuledici ilə siqnalların sinxronlaşdırılması ilə başlayır. Daha sonra isə saxta siqnalların gücü artır və doğru siqnalları üstələyir. Lockheed RQ-170 drone-un dekabr 2011-ci ildə İranda ələ keçirilməsi GPS spoofing vasitəsilə olduğu təxmin olunur. GPS spoofing hücumu GPS cəmiyyəti tərəfindən təxmin edilmiş və müzakirə olunmuşdursa da, o vaxta kimi dəqiq sübutu tapılmamışdır. Bu məsələnin sübutu olan hücum İyun 2013-də "White Rose" adlı lüks yaxtanın saxtalaşdırılmış GPS siqnalları ilə Monakodan Rhodes adasına Cockrell universiteti fəza mühəndisliyi tələbələri tərəfindən yönləndirilməsi idi. Tələbələr həmin yaxtada idilər və saxtalaşdırılmış siqnalın peykdən gələn doğru siqnalı üstələməsini təmin edirdilər .

Həmçinin bax

  • Protocol spoofing, the benign simulating of a protocol in order to use another, more appropriate one.
  • IP address spoofing
  • DNS spoofing
  • MAC spoofing
  • Stream cipher attack
  • LAND attack
  • Phishing
  • Web site spoofing

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, spoofer sözünün mənası, spoofer haqqında məlumat. spoofer nədir? spoofer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Hisslər

  • Mart 06, 2026

    Yusif Hümbətov

  • Mart 06, 2026

    Qurək

  • Fevral 27, 2026

    Qaur

  • Fevral 27, 2026

    Stefflon Don

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst