Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018).

Eyyub Yaqubov

  • Ana Səhifə
  • Vikipediya
  • Eyyub Yaqubov

Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018).

Eyyub Yaqubov
Eyyub Zəkəriyyə oğlu Yaqubov
Ümumi məlumatlar
Doğum tarixi 26 aprel 1965 (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janrlar pop musiqisi, estrada[d], muğam
Musiqi aləti piano
Təhsili Asəf Zeynallı adına Musiqi Texnikumu
Boyu 1.92 sm
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20062006
Rəsmi veb saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.

Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu. Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub, bu fikrindən uzaqlaşır. Musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc, müğənni olmaq qərarına gəlir.

1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 16 may 2006
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018

Diskoqrafiya

Mahnılar

  • Əzizim (2018)

Albomlar

  • Duet Amburan (1999)
  • Ağabala Çaykovski (2000)
  • Ana (2001)
  • Eyyub Yaqubov (2002)
  • Unutdun (2003)
  • Seçmələr (2003)
  • Alışdım (2004)
  • Extra (2006)
  • Serıy popuqay (2011)
  • Elçin İmanovun Bəstələri (2019)
  • Behbud Kərimovun Mahnıları (2021)

Kliplər

  • Ana
  • Kor ərəbin mahnısı
  • Mənə dəniz verin
  • Unutdun
  • Yağış
  • Kim bilir
  • Olmasaydın
  • Həsrətinin yollarındayam
  • Bağışla
  • Neylərəm
  • Bakı haqqında nağıl
  • Abşeron (mahnı)
  • Yenə o bağ olaydı
  • Bakım mənim
  • Sovetski
  • Ağanatiq
  • Yıxılır Dünya
  • Cənab Zabitlər
  • Yenə Dəniz ft. Ləman Əzimova
  • Bakı
  • Dostum
  • Arif
  • Ötən Günlər

Filmoqrafiya

  • Gəlinlər (film, 2002)
  • Qış nağılı. I film (film, 2002)
  • Biz qayıdacağıq (film, 2007)
  • Bakı bağları. Buzovna (film, 2007)
  • Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
  • Məşədi İbad-94 (film, 2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eyyub yaqubov sözünün mənası, eyyub yaqubov haqqında məlumat. eyyub yaqubov nədir? eyyub yaqubov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Embryophytes

  • Mart 01, 2026

    Kocaelispor

  • Fevral 27, 2026

    Fərqanə vadisi

  • Mart 01, 2026

    Dendrologiya

  • Mart 01, 2026

    Hennessy

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst