Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi.

Arpad Tot

  • Ana Səhifə
  • Vikipediya
  • Arpad Tot

Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi.

Arpad Tot
mac. Tóth Árpád
Doğum tarixi 14 aprel 1886(1886-04-14)
Doğum yeri
  • Arad, Arad judetsi, Rumıniya
Vəfat tarixi 7 noyabr 1928(1928-11-07) (42 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Farkaşreti məzarlığı
Fəaliyyəti şair, tərcüməçi
Əsərlərinin dili Macar dili
Vikimənbənin loqosu Arpad Tot Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu.

1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı.

Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi. Uzun müddət çəkdiyi əzablar sonda intihar etməsi ilə nəticələndi.

1921-ci ildə Az Est heyətinə qoşulub. Debreçendə bir gimnaziya onun şərəfinə adlandırılmışdır. 2011-ci ilin aprel ayında Macarıstan Milli Bankı şairin 125-ci yubileyi münasibətilə gümüş pul hazırladı.

Əsərləri

Arpad Tot görkəmli bir şair idi və Nyuqat məktəbinə böyük töhfələr vermişdi. Əsərlərinin əsas mövzusu müvəqqəti xoşbəxtlik və təslimiyyət ilə bağlı idi.

Con Milton, Oskar Vayld, Persi Biş Şelli, Şarl Bodler, Qüstav Flober, Teofil Qotye, Gi de Mopassan və Anton Çexovun əsərlərini macar dilinə tərcümə etmişdir.

Həmçinin bax

  • Nyuqat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arpad tot sözünün mənası, arpad tot haqqında məlumat. arpad tot nədir? arpad tot nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mançjou-qo

  • Fevral 27, 2026

    Kimyəvi termodinamika

  • Mart 01, 2026

    Bərdə türbəsi

  • Fevral 27, 2026

    Çul

  • Fevral 27, 2026

    Ravər şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst