Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ağahüseyn Rəsulzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Ağahüseyn Rəsulzadə

Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə
Doğum tarixi 1884(1884)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1938(1938) (53–54 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı

Mündəricat

Həyatı

Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir.

Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933). Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləmişdir. "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olmuşdur. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

Kitabları

  1. Nöqsanlarımız. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 15 səh.

Ədəbiyyat

  • Məcid Katibli. Ağahüseyn Rəsulzadə. Bakı: Azərnəşr. 1986.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağahüseyn rəsulzadə sözünün mənası, ağahüseyn rəsulzadə haqqında məlumat. ağahüseyn rəsulzadə nədir? ağahüseyn rəsulzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Komet

  • Fevral 27, 2026

    Günəş yanıqları

  • Fevral 27, 2026

    Şərq peripatetizmi

  • Fevral 26, 2026

    Tokio metrosu

  • Fevral 27, 2026

    Subregion

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst