Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicis

Afrika tripanosomozu

  • Ana Səhifə
  • Vikipediya
  • Afrika tripanosomozu

Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.). T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir.

Afrika tripanosomozu
Tripanosomların qan yaxmasında görünüşü
Tripanosomların qan yaxmasında görünüşü
XBT-10 B56.
XBT-10-KM B56.9, B56
XBT-9 086.5
XBT-9-KM 086.5
DiseasesDB 10895
MedlinePlus 001362
eMedicine med/2140 
MeSH D014353
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Simptomları və diaqnostikası

İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü büruzə verir. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu.

Profilaktikası və müalicəsi

Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər. Müalicənin ilk mərhələsində pentamidin, yaxud suramin kimi preparatlar tətbiq olunur. Müalicənin ikinci mərhələsində eflornitin, yaxud nifurtimoks və eflornitinin kombinasiyası tətbiq oluna bilir. Amma melarsoprol hər iki parazit tipinə qarşı daha effektivdir və ondan adətən daha ağır hallarda istifadə edilir.

Yayılması

Xəstəliyin yayılması müntəzəm olaraq Tropik Afrikanın bəzi regionlarında baş verməkdədir; 36 ölkənin təxminən 70 milyon nəfər əhalisi xəstəliyə yoluxma təhlükəsi altındadır. 2010-cu ildə bu xəstəlikdən 9 000 nəfər ölmüşdür; lakin ölüm səviyyəsi 1990-cı ilin nəticəsinə (34 000) nisbətən xeyli azalmışdır. Hal-hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 30 000 nəfərdir və onların da 7 000 nəfəri xəstəliyə 2012-ci ildə yoluxmuşdur. Xəstəliyə tutulma hallarının 80%-dən çox hissəsi Konqo Demokratik Respublikası ərazisində qeydə alınmışdır. Yaxın keçmişdə üç böyük epidemiya hadisəsi baş vermişdir: biri 1896-cı ildən 1906-cı illə qədər davam etmişdi (Uqanda və Konqo hövzəsində başlamışdı), digər iki böyük epidemiya isə — 1920 və 1970-ci illərdə bəzi Afrika ölkələrində baş vermişdir. Bəzi heyvanlar, məsələn, inəklər, həm xəstəliyin daşıyıcısı ola və həm də xəstəliyə tutula bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, afrika tripanosomozu sözünün mənası, afrika tripanosomozu haqqında məlumat. afrika tripanosomozu nədir? afrika tripanosomozu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mucuq

  • Fevral 27, 2026

    Cülus

  • Mart 02, 2026

    Kitira boğazı

  • Fevral 27, 2026

    Qarakilsə rayonu

  • Mart 06, 2026

    Sünəni əl-Beyhəqi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst