Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firuz ən-Nəhavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة‎, fars. فیروز نهاوندی‎; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədin

Əbu Lulu

  • Ana Səhifə
  • Vikipediya
  • Əbu Lulu

Firuz ən-Nəhavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة‎, fars. فیروز نهاوندی‎; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür.

Əbu Lulu
fars. پیروز نهاوندی‎
Doğum yeri
  • Nahavənd, Nahavənd şəhristanı, Həmədan ostanı, İran və ya
  • Kaşan, Kaşan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 3 noyabr 644(0644-11-03)
Vəfat yeri
  • Mədinə, Raşidi xilafəti və ya
  • Kaşan, Kaşan şəhristanı, İsfahan ostanı, İran
Vəfat səbəbi qanitirmə[d]
Fəaliyyəti əsgər, sənətkar[d], dəmirçi, xarrat[d], qatil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur.

Mündəricat

Ömər ibn Xəttabı öldürməsi

Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır. Firuz Ömərə "Sənə elə dəyirman tikcəyəm ki, əfsanə olacaq" deyərək hədələyir.

Bir müddət sonra 644-cü ilin noyabrında Öməri öldürmək üçün səhər namazına Məscid ən-Nəbəviyə gedir və Ömərin namaz qılacağı mehrabın arxasındakı cərgədə dayanır. Ömər namaza imamlıq etməyə başlayanda, müxtəlif rəvayətlərə görə, xəncəri ilə Ömərə üç-beş zərbə vurur. O, qaçmağa çalışarkən daha 6, 9 və ya 13 nəfəri xəncərlə yaralayır. Qaça bilməyəcəyini anlayanda özünü xəncərlə yaralayaraq intihar edir. Bəzi tarixi mənbələr isə Əbu Lulunun Öməri öldürdüyünə görə tutularaq edam edildiyi bildirilir.

Məqbərə

Kaşandan Finsə gedən yolda Əbu Lulu türbəsi XI əsrə aid Xarəzmşah dövrü memarlıq üslubunda tikilib, həyətdən, eyvandan və firuzəyi kirəmitlərlə və boyalı tavanlarla bəzədilmiş konusvari günbəzdən ibarətdir. Binanın ilkin tarixi məlum deyil, lakin XIV əsrin ikinci yarısında tamamilə bərpa edilmiş və yerində yeni türbə tikilmişdir.

Bəzi Şiə alimlərinin Əbu Lulu haqqında dedikləri

  1. Əbu Lulu Ömərin yaxasından yapışdı və ona (xəncərlə) zərbə endirərək qarnını yırtdı! Sonra bir başa Əmirəl-Möminin Əlinin evinə getdi. Həmin vaxt evin yanında idi və onun gəlişini gözləyirdi. Əbu Lulu oraya yetişdikdə Əlinin əllərindən öpdü və hadisəni ona danışaraq buyurdu: “Ey mənim Ağam! Ya Əmirəl-Möminin! Kişini (Öməri) vurdum və onun qarnını yardım!” Bu vaxt Əli şiddətlə ağlayaraq buyurdu: “Ey kaş Fatimə sağ olaydı və bu sözləri eşidərdi!”
  2. "Mirzə Abdullah Əfəndi belə dedi: "Firuz möminlərin və cihad edənlərin böyük şəxslərindən olmuşdur, hətta İmam Əli tərəfdarlarının seçilmişlərindən sayılmışdır. Məlumdur ki, Əbu Lulu İmam Əlinin sadiq şiələrindən olmuşdur."
  3. “(Dördüncü) Əbu Lulu Nəhavəndi Firuz, Şuca’ud-Din ləqəbli. Sonra bil ki, bu Feyruz, Öməri öldürməkdə müvəffəq olan, möminlərin və cihad edənlərin böyük şəxslərindən olmuşdur, hətta İmam Əli (ə)nin seçilmiş tərəfdarlarından sayılmışdır.”
  4. “Firuz – Əbu Lulu– Şücauddin Nəhavəndi Mədəni, vəfat etmişdir... O, müsəlmanların böyüklərindən və İmamın (əleyhis-salam) səmimi səhabə və ardıcıllarından idi.”

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əbu lulu sözünün mənası, əbu lulu haqqında məlumat. əbu lulu nədir? əbu lulu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kristal

  • Fevral 27, 2026

    Gülüstan (Nir)

  • Mart 06, 2026

    Kəpənəklər

  • Fevral 27, 2026

    Tuf

  • Fevral 27, 2026

    Debreçen

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst