Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Altay Əfəndiyev — (21 fevral 1958) Azərbaycan diplomatıdır. Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri. Demokratiya və İqtisadi İnkişaf Təşkilat

Altay Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Altay Əfəndiyev

Altay Əfəndiyev — (21 fevral 1958) Azərbaycan diplomatıdır. Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri. Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM (2016-cı ildən).

Altay Əfəndiyev
Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri
9 fevral 2010 – 19 may 2015
Azərbaycanın Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri
30 mart 2010 – 19 may 2015
Şəxsi məlumatlar
Doğum tarixi 21 fevral 1958(1958-02-21) (68 yaş)
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi
Fəaliyyəti diplomat

Həyatı

Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu, Moskvadakı Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Hollandiyanın "Klingendel" Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb, Haaqa, Hollandiya; MBA, J. Cass Biznes Məktəbi, City University, London, İngiltərə; "Hökümətdə Yüksək Səviyyəli Menecerlər" Proqramı, JFK İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ. Danışır: Azərbaycan, rus, ingilis, fransız, ispan, türk, ukrainca

1980–1992-ci illərdə Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı, Azərbaycan.

1992–1993-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin ikinci katibi / birinci katibi;

1993–1994-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkitərəfli İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri;

1994–1997-ci illərdə — Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi, İqtisadi məsələlər üzrə birinci katib;

1997–2000-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniyanın Londondakı səfirliyində iqtisadi məsləhətçi olmuşdur;

2000–2004-cü illərdə — Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idərəsinin rəisi, Xarici İşlər Nazirinin İqtisadi Məsləhətçisi;

2004–2009-cu illərdə — Qara Dəniz İqtisadi Əməkdaşlıq Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini;

2009–2010-cu illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsinin rəisi;

2010–2015-ci illərdə — Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri;

1 yanvar 2016-cı ildən — Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM, Kiyev ; Bakı Dövlət Universitetində, Qərb Universitetində (Bakı) və digər özəl qurumlarda, habelə yüksək menecment kurslarında beynəlxalq iqtisadi münasibətlərdən dərs deyir.

Digər fəaliyyətlər

— Azərbaycan Respublikası ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dair Ticarət və İqtisadiyyat Alt Komitəsinin həmsədri; — Azərbaycan-Britaniya Ticarət və Sənaye Şurasının üzvü; — Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası Məsləhət Şurasının üzvü; — Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin İdarə Heyətinin üzvü (Afina, Yunanıstan); — Maliyyə İnkişafına dair Monterey Sammitində Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri; — 2002-ci il Dünya Davamlı İnkişaf Sammitində Milli nümayəndə heyəti rəhbərinin müavini, Johannesburg, Cənubi Afrika; — 2003 Dünya Su Sammitində Milli nümayəndə heyətinin sədr müavini, Kyoto, Yaponiya.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, altay əfəndiyev sözünün mənası, altay əfəndiyev haqqında məlumat. altay əfəndiyev nədir? altay əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Fərhad Əliyev

  • Fevral 24, 2026

    Bənövşələr

  • Fevral 27, 2026

    Burqoniya sülaləsi

  • Fevral 27, 2026

    Yezidilər

  • Fevral 27, 2026

    Physalis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst