Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD o

Sənsiz (albom)

  • Ana Səhifə
  • Vikipediya
  • Sənsiz (albom)
Sənsiz
Zülfiyyə Xanbabayeva tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 2 yanvar 2004
Yazılma tarixi 2003–2004
Janr Pop, Azəri Pop, soul, jazz
Müddət 59:35
Leybl Sabuhi Records
Prodüser Nigar Hacızadə
Zülfiyyə Xanbabayeva albomlarının xronologiyası
"Qəlbinə Yol"
(2003)
"Sənsiz"
(2004)
"Dəniz"
(2009)

Mündəricat

Albom haqqında

"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu. Həm Azərbaycan, həm də Sənsiz mahnısının musiqisi Hüseyn Abdullayevə, sözləri isə Zülfiyyə xanımın artıq bir çox mahnılarına söz yazmış İsmayıl Dadaşova aid idi.

Mahnıların siyahısı

CD/MP3 download
№BaşlıqYazar(lar)Müddət
1."Sənsiz"Hüseyn Abdullayev, İsmayıl Dadaşov5:48
2."Duy Özümü"Kafiyə Abdinova, İsmayıl Əsədov4:09
3."Getdi"Sevda Məmmədli, Vahid Əlioğlu7:12
4."Ayrılığa Dözərəm"Kamal, Baba Vəziroğlu5:08
5."Bilmirəm"Vüqar Camalzadə, Aydın Əhmədzadə4:55
6."Şərq, Qərb"Emin Kərimi, İsmayıl Əsədov3:58
7."Sən və Mən" (featuring Sual)Emin Kərimi, İsmayıl Əsədov4:11
8."Səninlə"Hüseyn Abdullayev, İsmayıl Dadaşov6:22
9."Kor Yağış"Emin Kərəmi, Ramil Akifoğlu4:26
10."Sənə Qalsın"Yeganə Axundova, Vahid Əziz4:50
11."Azərbaycan"Hüseyn Abdullayev, İsmayıl Dadaşov4:10
12."Kor Yağış" (Emin Kərimi mix) 4:26
Ümumi müddət:59:35

Albomdan çıxan videolar

  • 2003 Sənsiz
  • 2004 Azərbaycan
  • 2004 Səninlə
  • 2005 Ayrılığa Dözərəm

kliplərin rejissoru Fuad Əlişov oldu

Hitparadlarda mahnıların vəziyyəti

Mahnının adı Hitparadın adı Ən yüksək zirvə
Sənsiz Həftənin 40 anı(ANS ÇM)
10lar(ATV)
Space Bazar(Space)
1
1
1
Azərbaycan Həftənin 40 anı(ANS ÇM)
10lar(ATV)
Space Bazar(Space)
1
1
1
Şərq, Qərb Həftənin 40 anı(ANS ÇM)
10lar(ATV)
Space Bazar(Space)
3
-
2
Səninlə Həftənin 40 anı(ANS ÇM)
10lar(ATV)
Space Bazar(Space)
1
1
1
Bilmirəm Həftənin 40 anı(ANS ÇM)
10lar(ATV)
Space Bazar(Space)
2
-
1
Ayrılığa Dözərəm Həftənin 40 anı(ANS ÇM)
10lar(ATV)
Space Bazar(Space)
1
1
1

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sənsiz (albom) sözünün mənası, sənsiz (albom) haqqında məlumat. sənsiz (albom) nədir? sənsiz (albom) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adam Smit

  • Fevral 27, 2026

    ATP reytinqi

  • Fevral 25, 2026

    Qram

  • Fevral 27, 2026

    Anna Politkovskaya

  • Mart 01, 2026

    Qorğan

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst