Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oleq Sergeyeviç Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi

Oleq Stepko

  • Ana Səhifə
  • Vikipediya
  • Oleq Stepko

Oleq Sergeyeviç Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi.

Oleq Stepko
Oleq Stepko 2015-ci ildə
Oleq Stepko 2015-ci ildə
Şəxsi məlumatlar
Tam adı Oleq Sergeyeviç Stepko
Vətəndaşlığı Ukrayna Ukrayna →
Azərbaycan Azərbaycan →
Rusiya Rusiya
Doğum tarixi 25 mart 1994(1994-03-25) (31 yaş)
Doğum yeri
  • Zaporojya, Zaporojya vilayəti, Ukrayna
Boyu 160 sm.
İdman növü İdman gimnastikası
Məşqçisi Pavel Netreba
Medallar
Azərbaycan Azərbaycan üçün
Dünya Çempionatı
Bürünc 2015 ŞotlandiyaParallel qollar
Avropa Oyunları
Bürünc 2015 AzərbaycanKomanda
Gümüş 2015 AzərbaycanFərdi
Gümüş 2015 AzərbaycanGimnastika atı
Bürünc 2015 AzərbaycanDayaqla tullanma
Qızıl 2015 AzərbaycanParallel qollar
Ukrayna Ukrayna üçün
Avropa Çempionatı
Qızıl 2013 RusiyaParallel qollar
Dövlət təltifləri

"Şöhrət" ordeni — 20152015

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Oleq Stepko 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu.

2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu.

2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi.

2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Bu medal həm də Azərbaycan idmanında idman gimnastlarının Dünya Çempionatında sahib olduğu birinci medal idi.

Oleq Stepko Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ümumi nəticədə Oleq Stepko təsnifat mərhələsini 86.208 balla 20-ci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Oleq Stepko 78.082 balla olimpiadanı 22-ci pillədə başa vurdu.

Daha sonra Oleq Stepko 2017-ci ildə Azərbaycan yığmasından imtina etdi və Rusiya yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oleq stepko sözünün mənası, oleq stepko haqqında məlumat. oleq stepko nədir? oleq stepko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kalimantan pişiyi

  • Mart 03, 2026

    Xose Muxika

  • Fevral 27, 2026

    Pirəkəşkül

  • Mart 01, 2026

    Bulvar

  • Fevral 27, 2026

    Kliff Robertson

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst