Centileski (Gentileschi; 8 iyul 1593[…], Roma, Papa dövləti – 1653[…], Neapol, Napoli Krallığı) — 16-17-ci əsrin ortaları italyan rəssamları ailəsi. İtaliya karavaccizminin ən görkəmli nümayəndələri.
| Artemisa Centileski | |
|---|---|
| it. Artemisia Gentileschi | |
| |
| Doğum tarixi | 8 iyul 1593[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 1653[…] (59–60 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | rəssam, incəsənət xadimi |
| Janrlar | portret, dini rəssamlıq[d], tarix rəssamlığı, mifologiya rəssamlığı |
| Stil | karavacizm |
| | |

Nümayəndələri
Oratsio
Oratsio (9.7.1563, Piza – 7.2.1639, London) – yaradıcılığının erkən dövrləri italyan manyerizmi ilə bağlı olmuşdur, lakin 1605-ci ildən dəzgah rəngkarlığı əsərlərində Karavacconun (1590-cı illərin sonlarında Romaya gələn Centileski burada onunla tanış olmuşdur) təsiri hiss olunur. O, monumental rəngkarlıq sahəsində də çalışmışdır: Müq. Pyotr kilsəsinin günbəzinin mozaikalarının yaradılmasında (1609–10; A. Tassi ilə birlikdə) iştirak etmiş, Kasino Muz (1611–12), Palatso Kvirinaledə Saladel-Konsistorio (1612, hamısı Romadadır) və s. üçün rəsmlər çəkmiş; Genuyada Savoyya hersoqunun sarayında (1623–26) işləmişdir. Parisdə Mariya Mediçinin sifarişi ilə Lüksemburq sarayı üçün bir neçə alleqorik kompozisiya (1624–25) yaratmışdır. 1626-cı ildən Londonda I Karlın saray rəssamı olmuş, burada qızı Artemiziyanın iştirakı ilə Qrinviçdəki Kuins-hausun Böyük zalının plafonunu işləmişdir (1638–39, hazırda Malboro-haus, London).
Artemiziya
Artemiziya (8.7.1593, Roma –1652 və ya 1653, Neapol) – Oratsionun şagirdi olmuş, həmçinin A. Tassidən dərs almışdır. 1612-ci ildə Florensiyaya köçmüşdür. Dəfələrlə “Yudif və Olofern” haqqında Bibliya süjetinə müraciət etmişdir (“Oloferni öldürən Yudif”, 1611–12, Kapodimonte Milli Muzeyi, Neapol; “Yudif Olofernin başı ilə “, təqr. 1613–14, Uffitsi qalereyası, Florensiya). 1616-cı ildə Florensiya Rəsm Akademiyasına üzv seçilən ilk qadın olmuşdur. 1620-ci ildə Romaya qayıtmış, Genuyada işləmişdir. 1630-cu ildən Neapolda yaşamışdır. İngiltərəyə səfər etmişdir (1630-cu illərin sonu). Yaradıcılığı üçün naturalizm, yüksək ekspressiya səciyyəvidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artemisa Centileski haqqında məlumat. Artemisa Centileski nədir? Artemisa Centileski nə deməkdir?
