Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rasim Hüseynov 1964-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1992-ci ildə indiki Mədə

Rasim Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Rasim Hüseynov

Rasim Hüseynov (3 yanvar 1964, Zirə) — azərbaycanlı rəssam.

Rasim Hüseynov
Doğum tarixi 3 yanvar 1964(1964-01-03) (62 yaş)
Doğum yeri
  • Zirə, Artyom rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Rəssam
Təhsili Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutu
Janr Miniatür
Stillər miniatur, klassik və modern

Mündəricat

Həyatı

Rasim Hüseynov 1964-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1992-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. 1999-cu ildən ailəsi ilə Hollandiyaya köçüb. Həyat yoldaşı Vəfa Rüstəmova da rəssamdır. Onlar bir yerdə təhsil alıb və eyni vaxtda sərgilərdə iştirak etməyə başlayıblar. 2000-ci ildən isə Hollandiyada 70-dən çox fərdi və birgə sərgilərdə iştirak ediblər. Əsərləri maraqla qarşılanıb, yaratdıqları milli obrazlar xarici sənətsevərləri heyrətləndirib.

Fəaliyyəti

Rasim Hüseynov həyat yoldaşı ilə birgə Hollandiyada rəsm sərgiləri keçirərək, Azərbaycan mədəniyyətini, tarixini az da olsa əsərlərində əks etdirməyə çalışmış və 1988-ci ildən bəri 100-dən çox beynəlxalq sərgidə iştirak etmişlər. Təkcə Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada onların əsərləri 30 dəfə müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.

2001-ci ilin yanvar ayında Hollandiyanın Draxten şəhərində həyat yoldaşı ilə birgə sərgisi olur və bu sərgi sayəsində Hollandiya vətəndaşları həm sərgi, həm də vətən haqqında maraqlanmış və bilgilər əldə etmişlər.

2004-cü ildə Amsterdam, Haaqa və Utrext şəhərlərində keçirilən, ayrı-ayrı ölkələrdən olan 32 rəssamın iştirak etdiyi sərgi olmuşdur. Həmin sərgidə münsiflər heyəti əsərlərə baxandan sonra sərginin adını "Azərbaycandan Stadskanaala kimi" qoydular. Ən böyük layihələrdən biri 2004-cü ildə Amsterdam, Haaqa və hər rəssamın əsəri üçün ayrılıqda 700-dən artıq afişa buraxıldı və bütün afişalarda sərginin adı yazıldı. Bu afişalar ölkə parlamentinə, diplomatik korpuslara göndərildi, yuxarıda adları çəkilən şəhərlərdə üç ay ərzində reklam lövhələrinə vuruldu. Açılış günü sərgi salonuna daxil olanda kurator Herman Difendal Rasim Hüseynovu və onun həyat yoldaşı Vəfa Rüstəmovanı göstərərək mikrofonla dedi: "Baxın, "Azərbaycandan Stadskanaala kimi" bunlardır".

R. Hüseynovun əsərlərindəki milli özünəməxsusluq ilk baxışda diqqəti cəlb edir. 2008-ci ildən Boxtel şəhərindəki Sintlucas adına Dizayn İnstitutunda rəssamlıqdan dərs deyir. O, bu illərdə iki dəfə çalışdığı institutda sərgi keçirmiş və maraqla qarşılanmışdır.

2015-ci il dekabrın 13-də Hollandiyanın Haarlem şəhərində R. Hüseynovun fərdi sərgisi açılır. Mərasimdə Azərbaycanın Niderland Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev iştirak edir. Yerli tamaşaçılar əsərləri maraqla qarşılanıb. Hazırda R. Hüseynov yeni əsərlər üzərində çalışır, bədii axtarışlarını davam etdirir.

Niderlanddın "Diplomat maqazin" saytının müxbiri Roy Strik:

" Sərgidə rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın rəsm əsərləri nümayiş edildi. Hər iki rəssam Azərbaycanda, Almaniyada və Fransada məşhurdur. Cütlük 18 ildir Niderlandda yaşayır. Onların bədii üslubları bir-birindən çox fərqlənir. Rasim Hüseynov rəsm əsərlərində simvolik rəmzlərdən və dini simvollardan ilhamlanır. Qadın başlı bir quşun təsviri rəsm əsərlərində tez-tez istifadə olunur və universal sülhüm rəmzi hesab edilir. Vəfa Rüstəmova rəsm əsərlərin daha böyük formatda olur və bir qədər mozaikanı xatirladır: olduqca rəngarəng və ekspressionistikdir. Bu iki rəssamın ümumi cəhəti odur ki, onlar öz əsərlərində ənənəvi və mədəni cərəyanlardan istifadə edirlər”. "

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rasim hüseynov sözünün mənası, rasim hüseynov haqqında məlumat. rasim hüseynov nədir? rasim hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pyeta (Mikelancelo)

  • Mart 01, 2026

    Natəvan

  • Fevral 27, 2026

    Vaqon

  • Mart 01, 2026

    Ağdaban dağı

  • Fevral 27, 2026

    Erediviziya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst