Gürkan Uygun (27 may 1974, İzmit) — Türkiyənin teatr, serial və film aktyoru. O, əsasən 2003–2012-ci illər arasında yayımlanan "Qurdlar Vadisi" serialında canlandırdığı "Memati Baş" obrazı ilə tanınmışdır.
| Gürkan Uygun | |
|---|---|
| türk. Gürkan Uygun | |
| Doğum tarixi | 27 may 1974 (51 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşı | Şəbnəm Ceylan (e. 2008) |
| Uşağı | 3 |
| Fəaliyyəti | aktyor, kino aktyoru |
| Fəaliyyət illəri | 1990-cı ildən |
| Təhsili |
|
| IMDb | ID1699178 |
Həyatı
27 may 1974-cü ildə Kocaelinin İzmit şəhərinin Yarımca qəsəbəsində gürcüəsilli ailədə doğulub. Orta təhsilini tamamladıqdan sonra teatrla maraqlanmağa lisey illərində başlayıb və İstanbul Universiteti Dövlət Konservatoriyasında təhsil alıb.
Karyerası
Teatrla yanaşı bir çox film və serialda çıxış edib. Xüsusilə 2003–2012-ci illər arasında yayımlanan "Qurdlar Vadisi" serialındakı "Memati Baş" rolu ilə tamaşaçıların yaddaşında qalıb. Sonrakı illərdə "Paytaxt: Əbdülhəmid", "Oyanış: Böyük Səlcuqlu", "Təşkilat" kimi layihələrdə də rol alıb.
2013-cü ildə "Möhtəşəm Yüzil" serialında "Memar Sinan" rolunda qonaq aktyor kimi iştirak edib.
Şəxsi həyatı
2008-ci ildə Şəbnəm Ceylan ilə ailə qurub və cütlüyün üç övladı var.
Filmoqrafiya
Filmlər
| İl | Filmin adı | Orijinal adı | Rol |
|---|---|---|---|
| 1998 | Salamat qal, sabah | Hoşçakal Yarın | |
| 1999 | Lobya | Fasulye | Fədai |
| 2005 | Toqquşma | Çarpışma | |
| 2006 | Qurdlar vadisi: İraq | Kurtlar Vadisi Irak | Memati Baş |
| 2011 | Qurdlar vadisi: Fələstin | Kurtlar Vadisi Filistin | Memati Baş |
| 2013 | Hititya: Maqnit çarxı | Hititya Mangala Çarkı | Tuğrul |
| 2013 | Çanaqqala: Yolun sonu | Çanakkale: Yolun Sonu | Onbaşı Muhsin |
| 2013 | Hazırıqmı? | Tamammıyız? | İhsanın atası |
| 2013 | Güncə | Günce | Kağız yığan |
| 2014 | Çaqqallarla rəqs: Problem yoxdur | Çakallarla Dans: Sıfır Sıkıntı | Komissar |
| 2014 | Unutsam, pıçılda | Unutursam Fısılda | Kamal Taşçıyan |
| 2015 | Mənə nağıl danış | Bana Masal Anlatma | Jilet (Topal) |
| 2016 | Bizans oyunları | Bizans Oyunları | Qazi Mağusa |
| 2016 | Həmişəlik | Hep Yek | Cevat |
| 2016 | Dəliormanlı | Deliormanlı | Tahsin Kara |
| 2016 | Somuncu Baba: Eşqin sirri | Somuncu Baba: Aşkın Sırrı | I Bəyazid |
Seriallar
| İl | Serialın adı | Orijinal adı | Rol |
|---|---|---|---|
| 1994 | Qayğısızlar | Kaygısızlar | Müştəri |
| 1995 | Şirin dəlilər | Tatlı Kaçıklar | Qonaq aktyor |
| 1995 | Bir Dəstə Teatr | Bir Demet Tiyatro | Bodibilder |
| 1997 | Son truppa | Son Kumpanya | Qonaq aktyor |
| 1998 | Bağışla bizi, müəllim | Affet Bizi Hocam | Qonaq aktyor |
| 1998 | Beləmi olacaqdı? | Böyle Mi Olacaktı | Qonaq aktyor |
| 1999 | İlan hekayəsi | Yılan Hikayesi | Qonaq aktyor |
| 2000 | Yeddi nömrə | Yedi Numara | Qonaq aktyor |
| 2001 | Əzizim, əzizim | Aşkım Aşkım | Qonaq aktyor |
| 2002 | Dəli ürək | Deli Yürek | Cihan |
| 2002 | Gül taksi | Çiçek Taksi | Dələduz müştəri |
| 2003–2005 | Qurdlar vadisi | Kurtlar Vadisi | Memati Baş |
| 2003 | Papaqdan atam çıxdı | Şapkadan Babam Çıktı | Qonaq aktyor |
| 2007–2012 | Qurdlar vadisi : Pusqu | Kurtlar Vadisi Pusu | Memati Baş |
| 2010 | Xəlil İbrahim süfrəsi | Halil İbrahim Sofrası | Qonaq aktyor (özü) |
| 2012–2014 | Möhtəşəm əsr | Muhteşem Yüzyıl | Memar Sinan |
| 2013–2015 | Qaçaq | Kaçak | Sərhad Hakəri |
| 2016 | Kəhrəba | Kehribar | Orxan Yarımcalı |
| 2017 | Bu şəhər səninlə qalacaq | Bu Şehir Arkandan Gelecek | Şahin Varğı |
| 2018 | Mehmed: Bir cahan fatehi | Mehmed: Bir Cihan Fatihi | Dəlibaş |
| 2018–2020 | Paytaxt Əbdülhəmid | Payitaht Abdülhamid | Xəlil Xalid bəy |
| 2020 | Oyanış: Böyük Səlcuqlu | Uyanış: Büyük Selçuklu | Həsən Sabbah |
| 2021–2023 | Təşkilat | Teşkilat | Yıldırım Koral / Həsən Atmaca |
| 2023–2024 | Ulduzlar məndən uzaq | Yıldızlar Bana Uzak | Yahya Aldəmir |
| 2024 | Marnalı | Marnalı | Əli Rəşad Marnalı |
| 2024–2025 | Bir gecə nağılı | Bir Gece Masalı | Kürşad Kilimci |
| 2025– | Mehmed: Fəthlər sultanı | Mehmed: Fetihler Sultanı | Vəli Mahmud Paşa |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gürkan uygun sözünün mənası, gürkan uygun haqqında məlumat. gürkan uygun nədir? gürkan uygun nə deməkdir?