Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
| Kənd | |
| Taytan | |
|---|---|
| |
| 39°54′00″ şm. e. 44°41′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Vedibasar mahalı |
| Rayon | Vedi rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1873 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 870 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Taytan | |
Tarixi
Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir.
Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır.
1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 183 nəfər azərbaycanlı, 81 erməni, 1926-cı ildə 175 nəfər azərbaycanlı, 114 erməni, 1931-ci ildə 217 nəfər azərbaycanlı, 224 erməni yaşamışdır.
1988-ci ilin noyabr ayına kimi burada azərbaycanlılar yaşamışdır. Həmin ilin dekabr ayında azərbaycanlılar Ermənistan dövləti tarixi torpaqlarından qovmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, taytan sözünün mənası, taytan haqqında məlumat. taytan nədir? taytan nə deməkdir?

