Varsaq eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurum.
Elin tarixi
Varsaq eli I Şah İsmayıl Səfəvinin hakimiyyətinin ilk illərində Qaraman bəyliyindən qopub ona birləşdi. Bu el çox zaman Rumlu eli ilə birlikdə köç-düş edirdi. Qızılbaşların tərkibində olarkən bu eldən birinci dərəcəli əmirlər çıxmayıb.
Elin tanınmış nümayəndələri
- Yusif bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı, Çaldıran savaşında çərxçi idi.
- Musa bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı
- Həsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi, I Şah İsmayılın hakimiyyəti illərində Xorasan əyalətinin Xaf vilayətinin hakimi
- Durhəsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
- Qasım xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
- Məhəmməd bəy Varsaq-Kamax qalasının komendantı
Həmçinin bax
- Qızılbaşlar
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Varsaq eli haqqında məlumat. Varsaq eli nədir? Varsaq eli nə deməkdir?