Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayurveda (sanskritcə, "ayur" - uzunömürlülük və "veda" - bilik, hərfi mənada - uzunömürlülük haqqında elm) — hinduizm çərçivəsində formalaşmış və Hindistanda, h

Ayurveda

  • Ana Səhifə
  • Vikipediya
  • Ayurveda

Ayurveda (sanskritcə, "ayur" - uzunömürlülük və "veda" - bilik, hərfi mənada - uzunömürlülük haqqında elm) — hinduizm çərçivəsində formalaşmış və Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemi.

Çaraka

Xəstəliyin istisnasız olaraq tilsimli qüvvə kimi başa düşülməsinə əsaslanan xalq təbiblərinin, astroloqların, şamanların, kahinlərin, ilan dişləməsi üzrə mütəxəssislərin tibbi praktikasından fərqli olaraq, klassik Ayurveda sağlamlığı və xəstəliyi daha ümumi dünyagörüşü və bioloji prinsiplər çərçivəsində (Hippokratın və Qalenin qumoralarını xatırladan üç fizioloji amilin balansı və disbalansı, karmanın təsiri və s.) başa düşür, zəngin bilik ənənələri ilə bağlıdır və əsasən brahmanlar tərəfindən inkişaf etdirilirdi.

Ayurvedanın mənşəyi bu günə kimi elmi mübahisə predmetidir. Onun meydana gəlməsinin mifik tarixi Ayurvedanın bütün nüfuzlu mətnlərində şərh edilir: kainatın yaradıcısı Brahma öz tibbi biliklərini Pracapatiyə, o da öz növbəsində Aşvinlərə və Hindraya ötürmüşdür. Müalicə allahı Dhanvantarinin inkarnasiyası sayılan Kaşa padşahı Divadasaya cərrahiyyəni (şalya), Aytrey Punarvasa isə daxili təbabət (kaya çikitsa) elmini İndra öyrətmişdir. Divadasa məktəbinin inkişafı nəticələrini Suşruta "Suşruta-samhita"da, Aytreya məktəbinin nəticələrini isə Kanişka padşahının saray həkimi Çaraka "Çaraka-samhita"da (e.ə. I əsrdə) sistemləşdirmişlər.

Əslində hər iki mətn əsrlər boyu zənginləşdirilmişdir. "Çaraka-samhita"nın son redaktəsi təqribən V əsrə, "Suşruta-samhita"nın son redaktəsi isə VII əsrə aid edilir. Ayurvedanın başqa mühüm mətnləri - Vaqbhatanın "Aştanqahridaya-samhita" (təqribən 600) və Madhavakaranın "Madhavanidana" (təqribən 700). Ayurveda XVII əsrədək yaradıcı ənənə kimi inkişaf etmişdir. Son vaxtlar Hindistan hökuməti Ayurveda təbabəti üzrə tədqiqatlara xeyli dəstək verir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ayurveda sözünün mənası, ayurveda haqqında məlumat. ayurveda nədir? ayurveda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Berenice

  • Fevral 27, 2026

    Uqliç

  • Fevral 27, 2026

    Nyuşa Şuroçkina

  • Fevral 24, 2026

    Vətəndaş müharibəsi

  • Fevral 27, 2026

    Həştərxanilər sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst