Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Tağı oğlu Xəlilov (18 yanvar 1894, Naxçıvan – 22 iyun 1975, Bakı) — Azərbaycan kino və teatr aktyoru və pedaqoqu.

Əli Xəlilov

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Xəlilov

Əli Tağı oğlu Xəlilov (18 yanvar 1894, Naxçıvan – 22 iyun 1975, Bakı) — Azərbaycan kino və teatr aktyoru və pedaqoqu.

Əli Xəlilov
Əli Tağı oğlu Xəlilov
Doğum tarixi 18 yanvar 1894
Doğum yeri Naxçıvan şəhəri
Vəfat tarixi 22 iyun 1975 (81 yaşında)
Vəfat yeri Bakı şəhəri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyət illəri 1915-1975
Təhsili Tiflis texniki peşə məktəbi

Həyatı

Əli Tağı oğlu Xəlilov 1894-cü ildə yanvar ayının 18-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini mollaxanada alsa da, sonradan oranı tərk edib və M. T. Sidqinin məktəbində oxuyub. 1911–15-ci illərdə Tiflisdə texniki peşə məktəbini bitirdikdən sonra Naxçıvanda qayıdaraq, Rüşdiyyə məktəbində dərs deyib. Naxçıvan teatrında çalışıb. "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 1917-ci ildə Rza Təhmasib tərəfindən tamaşaya qoyulan "Arşin mal alan", "O olmasın, bu olsun" komediyalarında Vəli və Hambal rollarını oyanyıb. 1920-ci ildən 1935-ci ilə qədər isə Naxçıvan Teatrının direktoru işləyib. Sidqi Ruhullanın Naxçıvan teatrında səhnəyə qoyduğu "Otello", "Hamlet", ""Pəri-cadu", "Yağışdan çıxdıq, yağmura düşdük", "Dağılan tifaq" tamaşalarında oynadığı rollarla diqqəti çəkib. Ə. Xəlilov Səməd Mövləvi, Heydər Məmmədov, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Rza Məmmədov (Bacıoğlu), Əyyub Abbasov və başqalarının köməyi ilə bir sıra əsərləri tamaşaya qoymuşdur. 1930-cu illərin sonlarında Bakıya gedərək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Əli Xəlilovun "Onu bağışlamaq olarmı" filminəd yaratdığı primus düzəldən Şahmar obrazı ona gözəl aktyor kimi şöhrət gətirib. Əli Xəlilov Hüseyn Cavidin "Şeyx Sənan", C. Məmmədquluzadənin "Ölülər", A. Şirvanzadənin "Namus", Molyerin "Zorən təbib", C. Cabbarlının "Aydın", " Sevil" və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1964-cü ildə onun müəllifi olduğu "Naxçıvan teatrının tarixi" kitabı dəyərli mənbə kimi əhəhmiyyətlidir. Əli Xəlilov 1975-ci ildə iyun ayının 22-də Bakıda vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əli xəlilov sözünün mənası, əli xəlilov haqqında məlumat. əli xəlilov nədir? əli xəlilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Masaüstü mühiti

  • Fevral 27, 2026

    Abbas Əzimov

  • Mart 03, 2026

    Mari Kavamura

  • Fevral 27, 2026

    Messo-soprano

  • Mart 01, 2026

    Sofiya şəhəri

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst