Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür.
| Norman Endjell | |
|---|---|
| Sir Ralph Norman Angell | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Holbiç, İngiltərə |
| Vəfat tarixi | |
| Vəfat yeri | Kraydon, İngiltərə |
| Milliyyəti | ingilis |
| Təhsili | |
| Fəaliyyəti | yazıçı, müəllif. siyasətçi, iqtisadçı |
| Partiyası |
|
| Mükafatları | |
Həyatı
1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı. 1940-cı ildə hitlerizmə qarşı müharibə etmək çağırışı ilə ABŞ-yə çıxıb getdi, vətənə 1951-ci ildə qayıtdı.
Həmçinin bax
- Nobel sülh mükafatı
- Nobel Sülh mükafatı laureatlarının siyahısı
- Nobel sülh mükafatı konserti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, norman encell sözünün mənası, norman encell haqqında məlumat. norman encell nədir? norman encell nə deməkdir?
