Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda

Su heyvanları

  • Ana Səhifə
  • Vikipediya
  • Su heyvanları

Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda hərəkəti təkmilləşmişdir. Paleontoloji materiallara əsasən Yer səthində həyatın inkişafı ilk dəfə suda başlamışdır. Lakin su şəraitində heyvanların proqressiv inkişafı balıqlar sinfindən yuxarı gedə bilməmişdir. İlk su heyvanları içərisində onurğalı heyvanların ali qruplarının olmaması, əsasən suda havaya nisbətən həll olmuş oksikenin 30 dəfə az olması ilə izah edilir. Əcdadı suda yaşamış quruda yaşayan ali heyvan siniflərinin bəzi nümayəndələri təkamül prosesi zamanı ikinci dəfə su həyatına keçmişlər. Bu çür ikinci su heyvanlarına pərayaqlılar, balinalar, sirenlər, bəzi sürünənlər, böcəklər, taxtabitilər, ağciyərlə tənəffüs edən bəzi molyusklar daxildir. Onlarda oksikenlə tənəffüsetmə xüsusiyyəti qalmışdır.

Dəniz hidrobiontu
Şirinsu hidrobiontu

Təkamül prosesində su mühitində yaşayan orqanizmlər bir-birindən bir sıra əlamətlərilə fərqlənən üç əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar. Bu qruplaşmaların əsasını müxtəlif sistematik qruplara mənsub olan orqanizmlər təşkil edir. Plankton qruplaşma su qatlarında, bentik qruplaşma su hövzəsinin dibini örtən torpaqda — bərk substratda, neyston qruplaşma isə su-hava sərhəddində yaşayan orqanizmləri əhatə edir. Hidrobiontların bu həyat formalarının daxilində bir sıra daha da xüsusiləşmiş kiçik qruplaşmalar əmələ gəlir. Pelagial həyat formaları plankton və nekton qruplaşmalara, bərk substratda formalaşan həyat qrupları bentos və perifiton, suyun səthi gərilmə pərdəsindəki həyat formaları isə neyston və pleyston kimi qruplaşmalara ayrılır.

Mündəricat

Ədəbiyyat

  • R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
  • F. Q. Ağamalıyev, A. R. Əliyev, İ. Ə. Süleymanova, A. Q. Məmmədova. Hidrobiologiya, Bakı-2010

Həmçinin bax

  • Bentos

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, su heyvanları sözünün mənası, su heyvanları haqqında məlumat. su heyvanları nədir? su heyvanları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qütb qağayısı

  • Mart 01, 2026

    Etrus ayısı

  • Fevral 27, 2026

    Alazan (raket)

  • Fevral 27, 2026

    Krisia Todorova

  • Mart 01, 2026

    Taişi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst