Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir.
| Matu-Qrosu | |||||
|---|---|---|---|---|---|
| Mato Grosso | |||||
| |||||
| |||||
| | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 1889 | ||||
| Sahəsi |
| ||||
| Hündürlük | 408 m | ||||
| Saat qurşağı | |||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| ISO kodu | BR-MT | ||||
| Poçt indeksi | 78000-000 по 78890-000 | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir.
Coğrafiya

Ərazisi əsasən savannadan ibarətdir.
Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir. İki mövsüm hökm sürür: Yağışlı mövsüm və quraq mövsüm. İllik yağıntının miqdarı 1250 – 2750 mm arasında dəyişir.
Ştat ərazisində Pantanal qoruğunun böyük hissəsi yerləşir.
Bölgənin ən böyük ekoloji fəlakəti məhv olmuş meşələrdir.
Tarixi
1920-ci ildə Matu-Qrosu ərazisinin hansısa bölgəsində itmiş şəhəri axtarmaq məqsədilə ekspedisiya təşkil edən topoqraf Persi Fosettin ekspedisiyası və özü itkin düşmüşdür.
1977-ci ildə Matu-Qrosunun cənubunda Matu-Qrosu-du-Sul ştatı təşkil olunmuşdur.
Əhali
2010 il siyahıya alma zamanı ştatın əhalisi 3 035 122 nəfər olmuşdur. Ştatda urbanizasiyalaşma 76,6 % təşkil edir (2006).
İrqi tərkib:
- mulatlar — 1 599 228 (55,8 %)
- ağlar — 1 060 420 (37,0 %)
- qaralar — 174 000 (6,1 %)
- asiyalılar və hindular — 31 000 (1,1 %)
İnzibati quruluş
Ştat 5 mezoregiona və 22 mikroregiona bölünür. Burada 141 rayon var.
İqtisadiyyat
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, matu-qrosu sözünün mənası, matu-qrosu haqqında məlumat. matu-qrosu nədir? matu-qrosu nə deməkdir?