BAE Systems (qısa adı: BAE) aviasiya və müdafiə sənayesində fəaliyyət göstərən bir İngilis şirkətidir. Dünyanın ən böyük şirkətlərindən biridir.
| BAE Systems | |
|---|---|
| BAE Systems | |
| | |
| |
| Ümumi məlumatlar | |
| Tipi | publik məhdud məsuliyyətli şirkət[d] |
| Sənaye | aerokosmik mühəndislik, ínformasiya təhlükəsizliyi, silah sənayesi[d], aviakosmos sənayesi[d] |
| Təsis tarixi | 30 noyabr 1999 |
| Baş qərargahın yeri |
|
| İqtisadi göstəriciləri | |
| Ümumi aktivlər |
|
| Ümumi gəliri |
|
| Xalis mənfəəti |
|
| Əməliyyat mənfəəti |
|
| Struktur | |
| İşçi sayı |
|
| baesystems.com | |

Bu İngilis şirkətinin baş ofisi Farnboroughdadır. BAE-nin 20 ölkədə 85.800-dən çox işçisi var. BAE müdafiə sənayesindən başqa, aviasiya və kosmik sənayedə də işləyir.
BAE Systems 1999-cu ildə British Aerospace və Marconi Electronic Systemsin birləşməsi ilə ortaya çıxdı və beləliklə müdafiə sənayesindəki dördüncü ən böyük şirkət oldu.
2003-cü ilə qədər bu şirkət Lockheed Martin və Boeingin bir neçə filialını satın almışdır. 2005-ci ildə tank istehsalçısı Alvisi satın almış və quru nəqliyyat vasitələri şöbəsini inkişaf etdirdi. Elə həmin il United Defense şirkətini satın alaraq ABŞ-dakı mövqeyini gücləndirmişdir.
BAE-nin illik dövriyyəsi 15 milyard dollardır, bunun 40% -i ABŞ-dən əldə edilir. Amerikan olmayan bu şirkət Pentaqonun ən yaxşı 10 təminatçısı arasındadır.
BAE Türkiyənin döyüş təyyarəsi proqramı olan TFX layihəsinin həyata keçirilməsində də tərəfdaş şirkət olaraq seçilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bae systems sözünün mənası, bae systems haqqında məlumat. bae systems nədir? bae systems nə deməkdir?
