Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Bəkr Əhməd ibn Hüseyn əl-Beyhəqi (ərəb. أبوبكر البيهقي‎; 994[…] və ya 1 sentyabr 994, Böyük Xorasan – 1066[…] və ya 9 aprel 1066, Nişapur) — mühəddis və şaf

Beyhəqi

  • Ana Səhifə
  • Vikipediya
  • Beyhəqi

Əbu Bəkr Əhməd ibn Hüseyn əl-Beyhəqi (ərəb. أبوبكر البيهقي‎; 994[…] və ya 1 sentyabr 994, Böyük Xorasan – 1066[…] və ya 9 aprel 1066, Nişapur) — mühəddis və şafei fəqihi. "Sünəni-Beyhəqi" adlı əsərin müəllifi.

Beyhəqi
ərəb. أبوبكر البيهقي‎
Doğum tarixi 994
Doğum yeri Nişapur
Vəfat tarixi 1066 (71–72 yaşında)
Vəfat yeri Nişapur
Dəfn yeri
  • Səbzivar[d]
Elm sahələri hədis, fiqh, kəlam
Tanınmış yetirmələri Xacə Abdullah Ənsari, əl-Cüveyni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Məşhur hədis və fiqh alimlərindən olan Beyhəqi, Beyhəq qəsəbəsinin Hüsrəvcird kəndində 994-cü ilin sentyabr ayında (hicri 384) doğulub. Adı Əhməd ibn Hüseyn plan Beyhəqi, Nişapurun Beyhəq qəsəbəsindən olduğu üçün Beyhəqi nisbəsi ilə məşhurlaşmışdır.

Kiçik yaşda elm öyrənməyə başlayan Beyhəqi zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və ixlası ilə müəllimlərinin diqqətini öz üzərinə çəkmişdir. Beyhəqi Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərindəki alimlərindən dərslər almışdır. Yüzdən atıq müəllimdən hədis əzbərləmişdir. Əbül-Fəth Nasir ibn Məhəmməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüfü öyrənmişdir. Böyük alim olaraq yetişən Beyhəqiyə "elmin minarəsi" deyilmişdir. Beyhəqi bir çox alim yetişdirdi. Bunlara Şeyxülislam Əbu İsmayıl əl-Ənsarini, Zahir ibn Tahiri, Əbu Abdullah əl-Fəravini, oğlu İsmayıl ibn Əhmədi misal göstərmək olar.

Kəlam elmində Əhli-Sünnə etiqadına böyük xidmətlər etmişdir. Müxtəlif elmlərdə xüsusilə hədis, fiqh, kəlam elminə aid yüzlərlə əsər yazmışdır. Xorasanda hədis elmində onun icazəsi olmadan, o icazət (diplom) vermədən kimsə hədis danışa bilməzdi. Şafii fiqhi öyrətməsi üçün Nişapura çağırılmışdır. Hər nə qədər məmləkətinə qayıtmaq istəsə də 9 aprel 1066-cı il tarixində (hicri 10 Cəmazil-əvvəl 458) vəfat etmişdir. Cənazəsi yaxın olan Beyhəq qəsəbəsinə aparılmışdır.

Mənbələrə görə elm və fəzilətdə yüksək bir şeyx olan Beyhəqi, mütəmadi oxuyar, araşdırar, təsnif edər, əsərlərini tələbələrinə oxudar, elmlə məşğul olar, kasıblığa səbir edər, halından heç şikayət etməzdi. Az yeyər, az içərdi. Qırx dörd yaşından sonra vəfatına qədər otuz il bayram günləri istisna olmaqla davamlı oruc tutmuşdur.

Əsərləri

Beyhəqi əsərlərini mühəddislərə xas şəkildə hər bir hədisin sənədi zikr edərək yazmışdır. Beyhəqinin yazdığı əsərləri aşağıdakı kimi sadalamaq olar:

  • əs-Sünənül-Kübra. Hədis kitabı olub, on cilddir. Bu kitabda səhabələr, tabiinin adları, sənəd və ravilər haqqında məlumatlar olan bir fihrist vardır,
  • əs-Sünənüs-Suğra. İki cilddən ibarətdir,
  • Kitabül-Əsma vəs-Sifət. İki cilddir,
  • Dəlailün-Nübüvvə. Üç cilddir,
  • Mənaqibüş-Şafii. Şafei məzhəbi ilə bağlı yazılmış əsərdir,
  • Arifətüs-Sünən vəl-Əsar,
  • Şueybul-İman. Əqidə ilə bağlı yazılmış kitabdır.
  • ət-Tərqi vət-Tərhib,
  • Kitabüz-Zöhdil-Kəbir. Əxlaqla bağlı yazılmış kitabdır.
  • əl-Bəsu vən-Nüşur,
  • Fədailüs-Səhabə,
  • əl-Məhdal iləs-Sünənil-Kübra,
  • əl-Məbsut,
  • əl-Ədəb,
  • əl-Etiqad alə məzhəbis-Sələfi Əhlis-Sünnət vəl Cəmaat,
  • Əhkamül-Quran,
  • Şuabul-iman.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, beyhəqi sözünün mənası, beyhəqi haqqında məlumat. beyhəqi nədir? beyhəqi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sübhan Cəbrayılov

  • Mart 01, 2026

    Lipetsk

  • Fevral 27, 2026

    Mitçell dağı

  • Fevral 25, 2026

    İctimai elmlər

  • Fevral 25, 2026

    İqtisadi artım

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst