Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olomouts döyüşü — çexlərlə tatarlar arasında 24 iyun 1241-ci ildə Moraviyanın Olomouts şəhəri yaxınlığında monqolların Qərbi Avropaya yürüşü gedişində baş vermi

Olomouts döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Olomouts döyüşü

Olomouts döyüşü — çexlərlə tatarlar arasında 24 iyun 1241-ci ildə Moraviyanın Olomouts şəhəri yaxınlığında monqolların Qərbi Avropaya yürüşü gedişində baş vermiş və çexlərin qələbəsi ilə başa çatmış hərbi münaqişə. Döyüş haqda yalnız Kraledvorsk əlyazmasında bəhs edilir və heç bir digər tarixi mənbədə təsdiqlənmir. XIX əsrin sonu XX əsrin əvvəllərində Kraledvorsk əlyazmasının Zelenoqorsk əlyazması ilə yanaşı 1817-ci ildə çex filoloqu və şairi, panslavist Vatslav Qanka tərəfindən yazıldığı sübuta yetirilmişdir.

Yaroslavın tatarlar üzərində qələbəsi. Zelena Qora qalasının tavanındakı rəsm. (Nepomuk, Çexiya, XIX əsr)

Əlyazmada qeyd olunur ki, Polşanı yağmalayandan və polşa-alman qoşununu Leqnitsa döyüşündə darmadağın edəndən sonra, 9 iyun 1241-ci ildə Batı xanın qardaşı oğlu Baydarın komandanlığı altındakı monqollar cənuba, Bohemiyaya yönəldilər. Onların qarşısını çex sərkərdəsi Yaroslav Şternberkin başçılığı ilə Olomouts qalasının güclü qarnizonu kəsdi. Monqolların Olomoutsu yolüstü almaq cəhdi baş tutmadı və onlar qüvvələrin bir hissəsini qalanın mühasirəsinə ayırıb, ölkəni talamağa başladılar. 24 iyunda Yaroslav öz qoşunlarını gizlicə qaladan çıxardı və rəqibə qəfil hücum edərək onu darmadağın etdi. Olomouts döyüşü monqolların Avropada ilk məğlubiyyəti oldu. Bu döyüşdə Baydar öldürüldü, qoşunun yerdə qalan hissəsi isə Bohemiyanı tərk etdi və Batı xanın qoşunları ilə birləşmək üçün Macarıstana yollandı.

Burada qeyd olunanın əksinə, Baydarın 1246-cı ildə Güyük xanın seçildiyi qurultayda iştirak etdiyi məlumdur.

Uzun müddət həqiqət kimi qəbul edilən bu hadisənin əslində heç bir tarixi əsasının olmadığı XX əsrin əvvəllərində tam sübuta yetirilsə də, sonrakı dövrlərdə bir çox müəlliflərin əsərlərində bu uydurma hadisəyə real tarixi fakt kimi istinad olunur, o cümlədən, Böyük Sovet Ensiklopediyasında, Boris Qrekov, Lev Qumilyov, Vasili Yan, Yaroslav Qaşek və başqalarının əsərlərində.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, olomouts döyüşü sözünün mənası, olomouts döyüşü haqqında məlumat. olomouts döyüşü nədir? olomouts döyüşü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S:Müəllif:Məhsəti Gəncəvi

  • Mart 01, 2026

    Divan (idarə)

  • Fevral 27, 2026

    Nyuport

  • Fevral 23, 2026

    5 iyul

  • Fevral 27, 2026

    Müfti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst