Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sahil Rafiq oğlu Babayev 6 fevral 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində fəaliyyət göstərir. Bu vəzifəyə təyin olu

Sahil Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Sahil Babayev

Sahil Rafiq oğlu Babayev 6 fevral 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində fəaliyyət göstərir. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, 2018–2025-ci illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra etmişdir.

Sahil Babayev
Azərbaycan Respublikasının maliyyə naziri
Vəzifədədir
6 fevral 2025-ci ildən
    Prezidentİlham Əliyev
    ƏvvəlkiSamir Şərifov
    Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
    21 aprel 2018 – 6 fevral 2025
    Prezidentİlham Əliyev
    ƏvvəlkiSəlim Müslümov
    SonrakıAnar Əliyev
    Azərbaycan Boks Federasiyasının prezidenti
    Vəzifədədir
    9 fevral 2022-ci ildən
      ƏvvəlkiKəmaləddin Heydərov
      Şəxsi məlumatlar
      Doğum tarixi 1980(1980) (45–46 yaş)
      Doğum yeri
      • Bakı, Azərbaycan SSR, SSRİ
      Partiya
      • Yeni Azərbaycan Partiyası
      Təhsili
      • Bakı Dövlət Universiteti (1996–2000)
      Elmi fəaliyyəti
      Elmi dərəcəsi
      • hüquq elmləri üzrə fəlsəfə doktoru (2010)
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      O, həmçinin 2022-ci ildən etibarən Azərbaycan Boks Federasiyasının prezidentidir .

      Sahil Babayev Azərbaycan ilə ABŞ, Fransa, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro və İordaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə  hökumətlərarası komissiyaların həmsədridir.

      Mündəricat

      Həyatı

      1980-ci ildə Bakı şəhərində anadan olub.  Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.O, ingilis, rus və türk dillərini sərbəst, fransız dilini isə yaxşı səviyyədə bilir.

      Sahil Babayev Yeni Azərbaycan Partiyasının üzvüdür.

      Fəaliyyəti

      • 1999–2006-cı illərdə Sahil Babayev Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) çalışmış, əvvəlcə baş mütəxəssis, daha sonra isə Xarici Sərmayələr İdarəsinin hüquq şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Bu dövrdə o, Hasilatın Pay Bölgüsü , həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak etmişdir.
      • 2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində çalışıb və  Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.
      • 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildə isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri təyin edilmişdir.
      • 2009–2014-cü illərdə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Avropa İttifaqı–Azərbaycan Ticarət və İqtisadiyyat üzrə Altkomitəsinin həmsədri, Avropa İttifaqının Yardım Alətləri üzrə Proqramın İdarəetmə Qurumunun rəhbəri olmuş, həmçinin “SOCAR Türkiyə Ege“Neft Emalı Kompleksinin (STAR layihəsi) Direktorlar Şurasının üzvü kimi  çalışıb.
      • 2014-cü ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ilin yanvar ayında isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə yenidən təyin edilmişdir. Bu vəzifədə çalışdığı dövrdə o, xarici iqtisadi siyasətə, ixracın təşviqinə (AZPROMO) və tranzit koordinasiyasına nəzarət etmiş, Cənub Qaz Dəhlizi layihəsində nazirliyi təmsil etmiş, AzerGold QSC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının üzvü, eləcə də STAR layihəsinin Direktorlar Şurasının üzvü olmuşdur.
      • O, həmçinin Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə hökumətlərarası komissiyaların həmsədri olmuş, Azərbaycan–İran Şimal–Cənub Nəqliyyat Dəhlizinin Rəşt–Astara hissəsinin maliyyələşdirilməsi üzrə İşçi Qrupunun həmsədri kimi fəaliyyət göstərmiş və 19 ölkə ilə hökumətlərarası komissiyaların üzvü olmuşdur.
      • Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdir. 6 fevral 2025-ci il tarixində bu vəzifədən azad edilmiş və eyni tarixdə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdur.
      • Hazırda S. Babayev ABŞ, Fransa, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro və İordaniya ilə hökumətlərarası komissiyalara rəhbərlik edir.
      • 27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

      Elmi fəaliyyəti

      O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim köməkçisi, Azərbaycan Diplomatik Akademiyasında isə müəllim kimi fəaliyyət göstərmişdir. Həmçinin, Böyük Britaniya, Fransa və digər ölkələrdə beynəlxalq və müqavilə hüququ sahəsində ixtisaslaşdırılmış təlimlər və peşəkar kurslar keçmişdir.

      S. Babayev beynəlxalq neft müqavilələri, Hasilatın Pay Bölgüsü Sazişləri və beynəlxalq hüquqi tənzimləmə mövzularında bir sıra dissertasiya və monoqrafiyaların müəllifidir.

      O, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Kommersiya hüququ üzrə Dövlət İmtahan Komissiyasının sədridir.

      Ailəsi

      Ailəlidir, 3 övladı var.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sahil babayev sözünün mənası, sahil babayev haqqında məlumat. sahil babayev nədir? sahil babayev nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        Lokallaşdırma

      • Mart 01, 2026

        Eyndhoven

      • Fevral 27, 2026

        Dodekanes adaları

      • Fevral 27, 2026

        Avropa (mifologiya)

      • Fevral 27, 2026

        Eduard Fenzl

      Trend Mahnılar
      • Fevral 17, 2026

        Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

      • Fevral 25, 2026

        Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

      • Fevral 17, 2026

        Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

      • Fevral 17, 2026

        İsmail Zade — Bir Adam (Rəsmi Audio)

      • Fevral 17, 2026

        Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst