Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Susay — Azərbaycan Respublikasının Quba rayonunun Susay kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli,

Susay

  • Ana Səhifə
  • Vikipediya
  • Susay

Susay — Azərbaycan Respublikasının Quba rayonunun Susay kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır.

Susay
41°18′40″ şm. e. 48°17′17″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.237 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Susay xəritədə
Susay
Susay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır.

Tarixi

Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər.

Coğrafiyası və iqlimi

Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir.

Əhalisi

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.

Mədəniyyəti

Kənddə klub və kitabxana var.

Təhsil

Kəndin təzə tikilmiş 250 nəfərlik binası olan məktəbi var.

Din

Kənddə məscid var. Məscid XV əsrdə inşa olunmuşdur. Son dövrlərdə kənddəki məsciddə müəyyən bərpa işləri də aparılmışdır.

Səhiyyə

Kənddə tibb məntəqəsi var.

Qalereya

Həmçinin bax

  • Susayqışlaq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, susay sözünün mənası, susay haqqında məlumat. susay nədir? susay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fövqəladə hallar

  • Mart 01, 2026

    Klinik ölüm

  • Mart 01, 2026

    Sabetay Sevi

  • Fevral 27, 2026

    Taif

  • Fevral 27, 2026

    Avropa Oyunları

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst