Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bodbe monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 2 km məsafədə yerləşən provoslav monastırı.

Bodbe monastırı

  • Ana Səhifə
  • Vikipediya
  • Bodbe monastırı

Bodbe monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 2 km məsafədə yerləşən provoslav monastırı.

Bodbe monastırı
ბოდბის მონასტერი
Ölkə
  •  Gürcüstan
Yerləşir Siqnaxi bələdiyyəsi
Tikilmə tarixi IX əsr
Rəsmi sayt sighnaghitravel.com/sigh…
41°36′24″ şm. e. 45°55′59″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orada Gürcüstanın din maarifçisi, apastol səviyyəli Müqəddəs Nino dəfn olunub. Nino 347-ci ildə – 35 illik apastol fəaliyyətindən sonra ömrünün 67-ci ilində orada vəfat etmişdir.

Kilsə bayramı 14 yanvar tarixində keçirilir və ənənəvi olaraq bayrama çoxlu zəvvar gəlir.

Mündəricat

Monastırın tarixi

Müqəddəs Nina ölümündən bir qədər əvvəl getdiyi və bir müddət fəaliyyət göstərdiyi Bodbe adlanan yerdə dəfn olunmuşdur. Az sonra çar Mirianın göstərişi ilə müqəddəs Ninanın qəbri üzərində gürcülərin özlərinə hami və ən müqəddəs hesab etdikləri müqəddəs Georginin şərəfinə kilsə inşa edildi. Kilsənin yaxınlığında isə monastır tikildi.

Sonra monastır xalqın mariflənməsi üçün əsil mədəni mərkəzə və Bodbi yeparxiyasının mərkəzinə çevrildi. Amma ki müqəddəs Nina monastırının əsil çiçəklənmə dövrü XV əsrə təsadüf edir. Bu dövrdə Kaxetiya çarları həmişə monastıra hədiyyələr verirdilər və hətta tacqoyma mərasimləri üçün buranı seçmişdilər.

XVII əsrin əvvəllərində monastır İran şahı I Abbas tərəfindən qarət olundu. XVII əsrin ikinci yarısında ziyarətgahı Kaxeti çarı I Teymuraz bərpa etdi. Bodbedə monastır həyatının yenidən bərpasından sonra ilayiyyat seminariyası açıldı. Bütün Gürcüstan üzrə ən böyük dini kitab kitabxanalarından biri də burada idi. XVIII əsrdən isə monastır kişi monastırına çevrildi.

1811-ci ildə Gürcü Kilsəsinin avtokefallığının ləğv edilməsindən sonra monastır tədricən tənəzzül etməyə başladı. XIX əsrin ikinci yarısında ikona rəssamı Mixail Sabinin monastırın dirçəlməsi istiqamətində xeyli iş gördü. Onun tərəfindən 1880-cı ildə Müqəddəs Ninanın nəşi saxlanılan kilsə yenidən quruldu. 1889-cu ildə isə rus çarı III Aleksandrın ziyarətə gəlməsi zamanı qərara alındı ki, Bodbedə qadın monastırı açılsın. Tezliklə elan olunan qadın monastırına Rusiyadan ilk rahibələr gəldilər, burada əl işləri və rəssamlıq məktəbi açıldı, Bodbedə həyat yenidən dirçəldi.

1924-cü ildə isə Sovet rəhbərliyi monastırı bağlatdırdı, o vaxtdan orada xəstəxana yerləşdi. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müqəddəs monastır yenidən yeni həyata başladı.

Monastır bü gün

Müqəddəs Ninanın qəbri üzərində inşa edilmiş ilk kilsə zamanəmizədək gəlib çatmayıb, onun yerində Müqəddəs Qriqori adına kafedral kilsə tikilib. Bu kilsənin cənub tərəfdəki dəhlizində gürcü milli türbəsi – müqəddəs Ninanın qəbri yerləşir. Kilsə həm də Siqnaxi yeparxiyasının mərkəzidir. O üçnefli bazilika şəklibədir, əvvəlcə IX—XI əsrlər arasında inşa olunmuş, sonra zamanəmizədək əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Aralıda duran üçmərtəbəli zəng qülləsi isə XIX əsrdə ucaldılmışdır.

Ədəbiyyat

  • Бодбийский монастырь  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Паломническая мекка Грузии - Бодбийский монастырь

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bodbe monastırı sözünün mənası, bodbe monastırı haqqında məlumat. bodbe monastırı nədir? bodbe monastırı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hocaz çayı

  • Fevral 27, 2026

    Çimərlik

  • Mart 01, 2026

    Mədəni üzüm

  • Fevral 23, 2026

    Müstəvi

  • Fevral 28, 2026

    Daşburun dağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst