Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Doğum tarixi dəqiq olmasa da, ilk övladı Ayşə Sultanın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu

Nigar Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Nigar Xatun

Nigar Xatun (1450 – mart 1503, Antalya) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.

Nigar Xatun
osman. نگار خاتون
türk. Nigâr Hatun
Türbəsinin yerləşdiyi Yivli minarə məscidi, Antalya
Türbəsinin yerləşdiyi Yivli minarə məscidi, Antalya
Şəxsi məlumatlar
Doğum tarixi 1450(1450)
Vəfat tarixi mart 1503(1503-03) (52–53 yaşında)
Vəfat yeri Antalya sancaqbəyliyi, Osmanlı imperiyası
Dəfn yeri Yivli minarə məscidi, Antalya sancaqbəyliyi
Həyat yoldaşı II Bəyazid
Uşaqları Ayşə Sultan
Şahzadə Qorqud
Fatma Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Doğum tarixi dəqiq olmasa da, ilk övladı Ayşə Sultanın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Ayşə Sultanı, 1467-ci ildə Şahzadə Qorqudu, 1468-ci ildə isə Fatma Sultanı dünyaya gətirdi.

Nigar Xatun türbəsi, Yivli minarə məscidi, Antalya

1480-ci ildə oğlu Şahzadə Qorqud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il padşahın vəfatının ardından əri II Bəyazid dərhal İstanbula yola düşdü və bu əsnada oğlu Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı.

Əri II Bəyazidin taxta çıxmasından bir müddət sonra Nigar Xatun, sultanın digər ailə üzvləriylə birlikdə Amasya sarayından İstanbula köçürüldü. Burada şahzadə anası olaraq nüfuz sahibi olan Nigar Xatun günlük 50 axca maaş alırdı. Çox keçmədən 1483-cü ilin dekabrında oğlu Şahzadə Qorqud Manisa sancaqbəyi təyin edildi və Nigar Xatun da oğluyla birlikdə Manisaya yollandı. 1502-ci ilədək burada oğluyla birlikdə qalan Nigar Xatun onun Antalyaya təyinin ardından onunla birlikdə Manisanı tərk etdi. Bu əsnada paytaxta - Sultan Bəyazidə yazdığı və oğlunun taxt sancağı sayılan Manisadan sürgün edilməsindən şikayətləndiyi məktubları günümüzədək gəlib çatmışdır.

Ancaq oğlunun Antalyaya təyin edilişindən bir il sonra - 1503-cü ilin martında burada vəfat etdi. Cənazəsi Yivli minarə məscidinin həyətində öz adına inşa etdirdiyi türbəyə dəfn olundu. Türbəsi 1961-ci ildə restavrasiya edildi. Vəfatından sonra oğlu Şahzadə Qorqud Antalyada anasının adına bir çox xeyriyyə işləri gördü.

Övladları

  • Ayşə Sultan
  • Şahzadə Qorqud
  • Fatma Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nigar xatun sözünün mənası, nigar xatun haqqında məlumat. nigar xatun nədir? nigar xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səkkizminliklər

  • Fevral 27, 2026

    Prometium

  • Fevral 27, 2026

    Qəsəs surəsi

  • Fevral 27, 2026

    BASIC

  • Fevral 28, 2026

    Aquila

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst