Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nohurqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun Nohurqışlaq kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan

Nohurqışlaq

  • Ana Səhifə
  • Vikipediya
  • Nohurqışlaq

Nohurqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun Nohurqışlaq kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Nohurqışlaq kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nohurqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Nohurqışlaq
40°56′46″ şm. e. 47°53′26″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 658 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.041 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3632
Xəritəni göstər/gizlə
Nohurqışlaq xəritədə
Nohurqışlaq
Nohurqışlaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

XIX əsrə aid məlumata görə, kənd Qəbələ rayonunun Vəndam kəndindən çıxmış ailələrin XIX əsrin ortalarında Nohurqışlaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Nohurqışlaq Dəmiraparançay və Vəndamçayın daşqın sularından, yeraltı sulardan qidalanan böyük su anbarının adıdır. Pambıq tarlalarını suvarmaq üçün anbarın suyu xüsusi kanalla Göyçay çayına axıdılır. Toponim "qışlaqda olan göl" mənasındadır.

Tarixi

Kəndin tarixi təxminən XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlayır. Kənd ərazisi əvvəllər qışlaq kimi istifadə olunub, sonralar isə əhali oturaq həyat sürməyə başlayıb.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 6 km cənub-şərqdə, Dəmiraparançayın sahilində, Alazan–Həftəran vadisində yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə, şərqdən Vəndamçay və meşə massivi ilə, cənubdan Tüntül kəndi ilə, qərbdən isə Dəmiraparançay ilə əhatə olunub.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3041 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq və maldarlıq təşkil edir.

Mühüm təsərrüfat əhəmiyyəti olan Nohur gölü 1950-ci ildə yaradılıb. Nohur göl ətrafındakı Sahil pansionatı kəndin yaxınlığındadır. Pansionatda çalışanların əksəriyyəti Nohurqışlaq sakinləridir.

Kənd yolunu Qəbələ–İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda hissəsinə asfalt vurulub.

Əhalinin içməli su ilə təmin olunması üçün artezian quyusu qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib.

Mədəniyyəti

Kənddə 2008-ci ildə yeni tikilmiş stadion istifadəyə verilib. 256 nömrə tutumlu ATS quraşdırılıb.

Təhsil

Kənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni orta məktəb binası istifadəyə verilib. Bundan başqa kənddə bir uşaq bağçası da fəaliyyət göstərir.

2011-ci ildə Nohurqışlaq kənd orta məktəbi respublika üzrə ilin məktəbi seçilib. Məktəbin yetirmələrindən indiyə kimi bir elmlər doktoru və ondan çox elmlər namizədi vardır.

Din

Kənddə Nohurqışlaq kənd məscidi dini icması fəaliyyət göstərir.

Şəkillər

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nohurqışlaq sözünün mənası, nohurqışlaq haqqında məlumat. nohurqışlaq nədir? nohurqışlaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ekvatorial Qvineya

  • Mart 01, 2026

    Bədöy məscidi

  • Fevral 27, 2026

    Milacerd

  • Fevral 27, 2026

    Turan ovalığı

  • Mart 01, 2026

    Nares boğazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst