The Half (azərb. Yarı) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 mart tarixindən "Crambone Inventive League" leyblı daxilində fəaliyyətə başlamışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı və söz yazarı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur.
| The Half | |
|---|---|
| Əsas məlumatlar | |
| Üslub | Psixodelik rok Alternativ rok Blüz Etnik-rok Post-rok |
| Fəaliyyət illəri | 2017-h.h. |
| Ölkə | |
| Şəhər | Bakı |
| Dil | Azərbaycan dili |
| Leybl | Crambone Inventive League |
| Heyət |
|
| Əməkdaşlıq | Vugarixx |
Tarixi
"The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazovun da qrupa vokalist kimi qoşulması ilə tam fəaliyyətə başlamışdır. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Qrup "Ey gözəl" sinqlı ilə daha çox tanınmış və sevilmişdir. 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdir. Kreativ təqdimat formaları ilə seçilən qrup 2021-ci il 14 fevral tarixində sevgililər gününə xüsusi olaraq hazırladığı "Şablon sevgi" musiqi videosu ilə diqqət çəkmişdir. Eyni zamanda sözügedən mahnı daxilində 33 ədəd "sev" köklü sözdən istifadə edib Azərbaycan mahnıları arasında bu rekordu qıraraq yerli sevgi mahnılarına istehza etmişdir. Qrupun bir çox kliplərinin müəllifi Rəvan Muradovun rejissorluğu ilə hazırlanmış "Birdən ölsək" adlı animasiyalı musiqi videosu isə Animafilm festivalında 2023-cü ilin "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatına layiq görülmüşdür. Bu mükafat rejissora dünyanın ən nüfuzlu animasiya festivalı olan "Annecy" Beynəlxalq Festivalında iştirak haqqı qazandırmışdır.
Diskoqrafiya
Sinqllar
- Səbəbsiz
- Ey Gözəl
- Mavi
- Neyniyim qardaş
- Sərxoş qadın
- Andromeda
- Xəzərin sahilində (ft. Vugarixx)
- Ölənə Qədər
- Sevdim
- Once upon time in Baku
- Necə Unudum Səni (Remake)
- Söhbətdən Kənar
- Bir Yalnızın Hekayəsi ll
- Düşünmə
- Eyni Səhifələr
- Şablon sevgi
- Həvəsim İtər
- Birdən Ölsək
Albom
Söhbətdən kənar
- Ölənə Qədər
- Necə Unudum Səni (Remake)
- Bir Yalnızın Hekayəsi II
- Düşünmə
- Söhbətdən Kənar
- Eyni Səhifələr
- Sevdim
- Once Upon A Time In Baku
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, the half sözünün mənası, the half haqqında məlumat. the half nədir? the half nə deməkdir?