Nikoya (isp. Nicoya) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın şimal-qərbində yerləşən yarımada.
| Nikoya yarımadası | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 1074 km² |
| Yerləşməsi | |
| 10°03′14″ şm. e. 85°28′00″ q. u.HGYO | |
| Akvatoriya | Sakit okean |
| Ölkə | |
![]() Nikoya yarımadası | |
Coğrafiya
Yarımada Nikoya körfəzini Sakit okeandan ayırır. Yarımadanın sahəsi 1074,95 km² təşkil edir. Yarımadanın şimalı Quanakaste, cənubu isə Puntarenas vilayəti ərazisinə daxildir. Ən hündür nöqtəsi Serro-Asul (1018 m) dağıdır. Ərazisindən axan ən uzun çay Tempiskedir. İqlimi isti və qurudur. Yarımadanın bitki və heyvanlar aləmi rəngarəngdir. Ərazisində üç milli park vardır: Barra-Onda Milli parkı, Diriya Milli parkı, Las-Baulas Milli parkı.
Ən iri şəhərləri: Nikoya, Filadelfiya, Santa-Krus. Nikoya şəhəri Kosta-Rika ərazisidə yerləşən ən qədim şəhərdir və 1523 ildə salınmışdır. Burada 20 000 nəf. (2000) yaşayır.
Tarixi
1930 ildə Dikvis çayında Dokolumbov sivilizasiyasına aid arxeoloji abidələr aşkarlanmışdır.
Yarımadanı avropalılar ilk dəfə 1518-ci ildə Qaspar de Espinosanın ekspedisiyası zamanı kəşf edilmişdir. İspan imperiyası dönəmində 1814-cü ildə Quanakaste vilayəti Nikoraquadan ayrılaraq Kosta-Rikaya birləşdirilir. Birləşmə 25 iyul 1825-ci ildə referemdumla təstiqlənmişdir. Bu gün Kosta-Rikada milli bayram kimi qeyd edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nikoya yarımadası sözünün mənası, nikoya yarımadası haqqında məlumat. nikoya yarımadası nədir? nikoya yarımadası nə deməkdir?
