Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaşayış məntəqəsinin adı oğuz–səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyad

Padar (Oğuz)

  • Ana Səhifə
  • Vikipediya
  • Padar (Oğuz)

Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.

Padar
40°57′42″ şm. e. 47°30′54″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Padar xəritədə
Padar
Padar

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsinin adı oğuz–səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI–XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai–iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.

Padar türk–Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz–Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabında padarlar haqqında yazır: "...müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir".

Tədqiqatçı etnoqraf Məmmədhəsən Vəlili (Baharlı) da padarları ən məşhur oğuz tayfalarından biri kimi təqdim edir və göstərirdi ki, "13-cü əsrin ortalarında, İranda hakimiyyət moğollardan olan hülakulara keçdikdə, Hülakü İranda öz mövqeyini möhkəmlətmək üçün 200 min türk ailəsini köçürüb, İranda oturtmuşdu (məskunlaşdırılmışdı). O ailələr bir müddətdən sonra Azərbaycana köçdülər. Bu türklər Qayı adlanan xüsusi türk tayfasıdır. Ağ hunların övladları hesab olunurlar, əvvəllər Qərbi Türküstanda yaşayırdılar. Qayı türklərinin məşhur qəbilələri bunlar idi: Qaçar, Əfşar, Zülqədər, Çoban, Baharlı, Padar, Ustacalı, Lək, Xəlili, Sorsor, Şəfəq, Ussalı, Zəngənə, Armalı və qeyriləri".. Səfəvilər dövründə XVI–XVII əsrlərdə Şimali Azərbaycana gələrək məskunlaşmışlar.

"Padar" – iki hissədən ibarətdir: "pad" və "ər". "Pad" (bat–pat–pad) — "bahadır, igid, möhkəm, mətin, cəsur, döyüşçü", "ar" (ər) isə — "igid, kişi" deməkdir. "Padar" — "ər kişi, igid döyüçü" anlamındadır. Dəvəçi, Ağsu, Qubadlı, Sabirabad, Xaçmaz, Hacıqabul rayonlarında da eyniadlı kəndlər var.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Alazan–Əyriçay vadisində yerləşir.

Əhalisi

2017-ci il 1 yanvar siyahıyaalınmasına əsasən kəndə 2484 nəfər əhali yaşayır.

Tanınmış şəxsləri

  • Abdulla Padarlı — Aşıq.

İqtisadiyyatı

Kənd əhalisinin əsasən məşğuliyyətini heyvandarlıq, taxılçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət, iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərir.

Hazırda kəndin bəzi sakinləri zəliçilik təsərrüfatı ilə məşğuldurlar.

Mədəniyyəti

Kənddə klub, kitabxana, poçt, 269 nömrəlik elektron ATS mövcuddur.

Təhsil

Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir. Padar kəndində ilk məktəb 1883-cü ildə inşa edilmişdir. Məktəb iki otaqdan ibarət idi. Məktəbin qalıqları 90-cı illərdə söküldü. Hazırda fəaliyyət göstərən məktəb 1989-cu ildə inşa edilmişdir. Hazırda məktəb I Qarabağ müharibəsinin ilk şəhidlərindən biri olan Padar kənd sakini Arzu Əliyevin adını daşıyır.

Din

Kənd əhalisinin etiqad etdiyi din İslam dinidir. Kənddə məscid vardır.

Səhiyyə

Kənddə xəstəxana mövcuddur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, padar (oğuz) sözünün mənası, padar (oğuz) haqqında məlumat. padar (oğuz) nədir? padar (oğuz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Durna

  • Fevral 27, 2026

    Ucal Haqverdiyev

  • Fevral 27, 2026

    Vasili Severgin

  • Fevral 27, 2026

    İton kolleci

  • Fevral 27, 2026

    Riçmond (Virciniya)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst