Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
| Yuxarı Necili | |
|---|---|
| |
| 40°05′28″ şm. e. 44°24′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1831 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 830 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Yuxarı Necili | |
Tarixi
Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə nəcli türk tayfasının adı əsasında əmələ gəlmişdir. Azərbaycan dilində ə~e səs əvəzlənməsinin qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd edə bilərik ki, necili nəçli etnoniminin fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Nizami (Azərbaycan şairi N.Gəncəvinin adı) qoyulmuşdur.
Görkəmli şəxsiyyətləri
- Zeynalov Əsgər Məmməd oğlu - filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Sahil Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsus fəallıq göstərmiş fateh.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuxarı necili sözünün mənası, yuxarı necili haqqında məlumat. yuxarı necili nədir? yuxarı necili nə deməkdir?

