Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Miskinli kənd inzibati ərazi dairəsində kənd.

Qalakənd

  • Ana Səhifə
  • Vikipediya
  • Qalakənd

Qalakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Miskinli kənd inzibati ərazi dairəsində kənd.

Qalakənd
40°29′28″ şm. e. 45°45′24″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Qalakənd xəritədə
Qalakənd
Qalakənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1 yanvar 1903 Yelizavetpol qəzası, Qalakənd kəndi

Mündəricat

Tarixi

XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və Qalakənddə 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Qalakənd misəritmə zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi. 1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1887-ci ildə Zaqafqaziyada birinci olaraq Qalakənd HES işə salındı və burada iri balıqçılıq təsərrüfatı yaradıldı. Qalakənd Misəritmə Zavodunda dünyada birincilər sırasında Siemens-Billiter elektroliz laboratoriyası quraşdırıldı və bu üsulla təmiz mis əldə edilməyə başlanıldı. 1891-ci ildə Qalakənd zavodunda elektroliz yolu ilə qızıl və gümüş istehsal olunurdu. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən isə bu işlər elektriklə görülmüşdür. Müxtəlif səbəblərə görə 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri başa çatmışdır.

Toponimikası

Şəmkir çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. XIX əsrdə kənd Qarabulaq (indiki Rüstəm Əliyev) kəndində ucalan dağın zirvəsindəki Koroğlu qalasına görə belə adlanmışdır. Bəzi tədqiqatçılara görə, həmin qalanın adı Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında qeyd etdiyi Pərisuz olmuşdur.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 174 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Qalereya

Həmçinin bax

  • Gədəbəy rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalakənd haqqında məlumat. Qalakənd nədir? Qalakənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Pakistan

  • Fevral 24, 2026

    Bursa

  • Fevral 24, 2026

    Almanlar

  • Fevral 24, 2026

    28 dekabr

  • Fevral 25, 2026

    Antuan Lavuazye

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst