Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xərac — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan xərac pul və ya na

Xərac

  • Ana Səhifə
  • Vikipediya
  • Xərac

Xərac — orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. "Mal", "mal-cəhət", "bəhrə" terminlərinin sinonimi olan xərac pul və ya natura formasında toplanan vergi növü.

Mündəricat

Xəracın formaları

Xəracın əsasən 2 forması olmuşdur:

  1. müqasəmə;
  2. misah.

Müqasəmə istehsal olunan məhsulun müəyyən hissəsinin natura şəklində alınması idi. Misah isə ölçülmüş və xüsusi dəftərdə qeyd edilmiş əkin sahələrindən alınan vergiyə deyilirdi.

XV yüzillikdən başlayaraq "xərac" termini aradan çıxmış və getdikcə malcəhət adlanmağa başlamışdır. Xərac bəzən bütün torpaq vergilərinin məcmusundan ibarət olmuşdur, O, Azərbaycanda orta əsrlərdə müsəlman əhalidən toplanan vergilərin təqribən 25 faizini təşkil etmişdir. Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniş tətbiq edilməyə başlanmışdı. Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775-785), onun sərəncamına görə xəracalma sistemi dəyişildi. Misahə xəracı — torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı — məhsula görə alınan vergi qoyuldu. Məsələn suvarılan torpaqlardan məhsulun yarısı alınırdı. Əl-Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm bağlarına da xərac qoyuldu.

Xəracın toplanma qaydası

Vergini toplayan şəxslər amil yaxud mühəssil adlanırdı. Onlar insanların yaşadıqları məkana gələrək, mərkəzə yaxın ərazilərdə özünə yer seçir, çadır qururdu. Onların qurduqları çadırın qabağında beş dəfə təbil çalınırdı. Bu, vergi ödəyən insanlar üçün xəbərdarlıq idi. Əgər verginin verilməsində hər hansı səbəbdən gecikmələrə yol verilirdisə, o zaman bir faizə qədər dəbbə, yəni cərimə alınırdı. Müəyyənləşdirilmiş müddətdən sonra vergi borcunu ödəməmiş insanlar yetmiş dəfəyə qədər çubuqla döyülürdü. Insanların siyahıya alınması məqsədilə xüsusi mirzələr çalışırdı, həmin zamanlarda onlara “pitikçi” deyirdilər. verginin miqdarı da məhz onlar tərəfindən təyin olunurdu. İnsanlar həm vergiləri ödəməli, həm də vergi işinə baxan məmurların ərzaq və yeməklə təminatına da baxmalı idi.

Həmçinin bax

  • Kələntərlik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xərac haqqında məlumat. Xərac nədir? Xərac nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Nankin

  • Fevral 24, 2026

    Koquryo

  • Fevral 23, 2026

    Hind okeanı

  • Fevral 24, 2026

    Nikkolo Makiavelli

  • Fevral 24, 2026

    Kipriya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst